...

İctimai təşkilatlar Azərbaycanın təhlükəli, riskli ölkələr sırasına daxil edilməsinə etiraz edir

Siyasət Materials 29 Dekabr 2012 17:12 (UTC +04:00)
Azərbaycanda fərlaiyyət göstərən ictimai təşkilatlar ABŞ Dövlət Departamentinin Azərbaycanı Əfqanıstan, Sudan, Liviya kimi təhlükəli, riskli ölkələr sırasına daxil etməsinə etirz edir.
İctimai təşkilatlar Azərbaycanın təhlükəli, riskli ölkələr sırasına daxil edilməsinə etiraz edir

Azərbaycan, Bakı, 29 dekabr /Trend, müxbir E.Mehdiyev/

Azərbaycanda fərlaiyyət göstərən ictimai təşkilatlar ABŞ Dövlət Departamentinin Azərbaycanı Əfqanıstan, Sudan, Liviya kimi təhlükəli, riskli ölkələr sırasına daxil etməsinə etiraz edir.

Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası İB-nin sədri Gülsel Səfərova Trend-ə deyib ki, Azərbaycanın dünya müstəvisində hər bir uğurundan sonra bu cür məlumatlar Azərbaycan gənclərini çox təəcübləndirir və təəssüfləndirir.

"Son illər Azərbaycan dünya çapında ən yüksək səviyyəli tədbirləri həyata keçirən bir ölkəyə, brendə çevrilib. Azərbacan beynəlxalq müstəvidə hər bir uğura imza atdıqca, antiAzərbaycan qüvvələri, ermənipərəst qüvvələr və ya erməni lobbisinin təsiri nəticəsində Azərbaycana qarşı belə qərəzli məlumatların şahidi oluruq", - Səfərova deyib.

O qeyd edib ki, Azərbaycan artıq uzun illərdir ki, terrora qarşı mübarizədə Avropanın və ABŞ-ın ən yaxşı tərəfdaşları siyahısındadır.

Səfərova qeyd edib ki, bu il Azərbaycanda keçirilən "Eurovision" mahnı müsabiqəsi, Beynəlxalq Humanitar Forum, İnternet İdarəçiliyi Forumu və digər beynəlxalq tədbirlər zamanı heç bir terror hadisəsi baş vermədi və ya insanların həyatına təhlükə yaradacaq hər hansı bir hadisə olmadı.

"Belə olduğu halda bu cür məlumatlar hansı kriteriyalara, hansı statistikaya əsasən hazırlanır və Azərbaycan Əfqanıstan, Sudan, Liviya, Somali kimi təhlükəli olkələr ilə bir sıraya qoyulur? Azərbaycan Əfqanstanda terrora qarşı mübarizədə ABŞ ilə çiyin-çiyinə vuruşur. Azərbaycan Somaliyə yardım göndərən bir ölkədir və bundan başqa Azərbaycan dünyada tolerantlıq brendidir" - Səfərova bildirib.

O vurğulayıb ki, son illər ərzində Azərbaycanın dinlərarası, mədəniyyətlərarası dialoqa verdiyi töhfə Cənubi Qafqazda heç bir ölkənin payına düşəcək qədər deyil.

"Bütün bunları analiz edərkən artıq bu cür məlumatların hansı səbəbdən yayılmasını biz yalnız antiAzərbaycan, ermənipərəst qüvvələri və erməni lobbisinin fəaliyyətinin nəticəsində yayılan iftra dolu bir məlumat kimi xarakterizə edirik. Biz Azərbaycanın gənclər təşkilatı olaraq bu cür məlumatları qeyri-obyektiv və qərəzli hesab edirik", - Səfərova vurğulayıb.

Azərbaycanda fəaliyyət göstərən 55 QHT-ni özündə birləşdirən QHT Əməkdaşlıq Aliyansının həmsədri Rufiz Qonaqov da Trend-ə açıqlamasında Azərbaycanın təhlükəli ölkələr siyahısına daxil edilməsini ədalətsiz, araşdırılmamış, birtərəfli və ikili standartlı bir yanaşma kimi qiymətləndirir.

"Əgər Azərbaycan riskli, təhlükəli bir ölkə olsaydı, necə olardı ki, Azərbaycan bu qədər beynəlxalq tədbirlərə ev sahibliyi edir? Yəni Azərbaycan "Eurovision" mahnl müsabiqəsinə, beynəlxalq idman yarışlarına və digər beynəlxalq tədbirlərə ev sahibliyi etdiyi halda, necə olur ki, riskli ölkələr siyahısına salınır? Əlbəttə bütün bunlar ədalətsiz və qərəzli formata yazılan informasiyalardır", - Qonaqov deyib.

O qeyd edib ki, bu gün istənilən diplomat, səfir, beynəlxalq təşkilat sərbəst şəkildə Azərbaycana gəlir, tədbirlər keçirir, Azərbaycanın bütün bölgələrini gəzir.

"İndiyə qədər onlara qarşı hansı bir təxribat olub, hansı bir hadisə baş verib?", - Qonaqov deyib.

O bildirib ki, Azərbaycan bu gün inkişaf etməkdə olan bir enerji ölkəsidir, dünya ölkələrinə neft-qaz ixrac edir.

"Mən düşünürəm ki, Azərbaycanın təhlükəli ölkələr sırasına daxil edilməsi tamamilə ədalətsiz bir mövqedir, Azərbaycanı istəməyən qüvvələrin fikirləridir. Bunların əsas məqsədi Azərbaycana gələn çoxsaylı turistləri çaşdırmaq, Azərbaycana sərmayyə yatırtmaq istəyən beynəlxalq şirkətlərin fikirlərini yayındırmaq, eyni zamanda Azərbaycanı nüfuzdan salmaq, xüsusilə 2015-ci ildə Azərbaycanda Avropa Olimpiya Oyunların keçirilməsindən fikri yayındırmaq və beynəlxalq təşkilatları və dünya dövlətlərini çaşdırmaqdır", - Qonaqov vurğulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti