...

Kanadada 20 Yanvar faciəsinin qurbanları anılıb (FOTO)

Siyasət Materials 18 Yanvar 2013 07:53 (UTC +04:00)
Cümə axşamı Azərbaycanın Kanadadakı səfirliyində 20 Yanvar faciəsinin ildönümünə həsr olunmuş anım mərasimi keçirilmişdir.
Kanadada 20 Yanvar faciəsinin qurbanları anılıb (FOTO)

Azərbaycan, Bakı, 18 yanvar /Trend/

Cümə axşamı Azərbaycanın Kanadadakı səfirliyində 20 Yanvar faciəsinin ildönümünə həsr olunmuş anım mərasimi keçirilmişdir.

Səfirlikdən Trend-ə verilən məlumata görə, mərasimdə Ottava və Monreal şəhərlərində yaşayan Azərbaycan icmasının üzvləri iştirak etmişlər. Tədbiri giriş sözü ilə açan səfir Fərid Şəfiyev 20 Yanvar faciəsi haqqında ümumi məlumat vermiş və bu hadisənin xalqımızın müstəqillik uğrunda mübarizəsində oynadığı roldan danışmışdır. Onun sözlərinə görə, 20 Yanvar tariximizin qanlı səhifələrindən olsa da, bu tarix qəhrəmanlıq səhifəsidir. Belə ki, 140-a yaxın dinc əhalinin Sovet qoşunları tərəfindən qətlə yetirilməsinə baxmayaraq, bu hadisələr xalqın mübarizə əzmini qıra bilməmiş, əksinə xalqımız daha böyük qüvvə ilə mübarizəsini davam etdirmiş və bu proseslərin məntiqi nəticəsi olaraq, 1991-ci ildə ölkəmiz müstəqilliyini bərpa etmişdir.

Sonra Azərbaycan diasporunun üzvləri də 20 Yanvar hadisələri barədə fikirlərini səsləndirmiş və Azərbaycanın bugünkü müstəqilliyini ən böyük nailiyyət kimi xarakterizə etmişlər.

Tədbir zamanı 20 Yanvar hadisələrini əks etdirən fotolar da nümayiş etdirilmişdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti