Fransa, Strasburq, 23 yanvar/ Trend, müxbir A. Məhərrəmli/
Kristof Ştrasserin hazırladığı məruzə qərəzli və natamamdır. Trend-in məlumatına bu fikirləri yanvarın 23-də Avropa Şurası Parlament Assambleyasın plenar sessiyasında Monitorinq Komitəsinin Azərbaycan üzrə həmmərizəçiləri Pedro Qaramunt və Jozef Debono Qrex tərəfindən hazırlanan "Azərbaycanın öhədliklərinin yerinə yetirilməsi" və Kristof Ştrasserin Azərbaycanda siyasi məhbuslarla bağlı hazırladığı məruzə ətrafında çıxışı zamanı qurumda Fransa nümayəndə heyətini üzvü, Fransanın keçmiş naziri Jan-Mari Bokel (Jean-Marie Bockel) deyib.
"Əlbəttə ki, bu gün Azərbaycan hakimiyyəti tərəfindən təşkilatımız tərəfindən qəbul olunan kriteriyaların tam şəkildə həyata keçirilməsi istiqamətində atmalı olduğu irəliləyişlərin əleyhinə çıxmıram. Bununla belə, Azərbaycanla bağlı çox neqativ bir vəziyyətin ortaya çıxarılması cəhdinə də getməyəcəyəm. Mən bir çox məsələlərə diqqəti çəkmək istərdim. İlk növbədə, ölkənin malik olduğu iqtisadi potensial hal-hazırda demokratiyanın inkişafına rəvac verir. Bu siyasi dəyişikliyin surətləndirici elementidir. Məsələn, neftdən gələn gəlirlər hesabına yollar, məktəblər modernləşdirilir. Bu, 10 ildir ki, irəliləyişə doğru bir ruhun göstəricisidir. Bu isə, Azərbaycan xalqına bu rifahdan daha çox bəhrələnməyə imkan verir. Bu isə, demokratiyanın bərqərar olmasına töhfə verir"-Bokel deyib.
Fransalı senator çıxışında diqqəti Dağlıq Qarabağ münaqişəsinə də çəkib.
"Bu gün digər bir həssas məsələni- Dağlıq Qarabağ münaqişəsini xüsusi qeyd etmək lazımdır. Münaqişə daha çox demokratiyaya doğru atılan səyləri önəmli dərəcədə əngəlləyir. Azərbaycan xalqının 10 faizini təşkil edən qaçqınlar məsələsi önəmlidir. Buna diqqət yetirilməlidir.
Biz bu məsələdə ATƏT-in Minsk qrupunun səylərini müşayiət edərək münaqişənin həll üçün çalışmalıyıq. Bizim təşkilatımızın tərkibində iki münaqişə şəraitində olan ölkə var. Parlament diplomatiyası demokratiyanın inkişafına kömək edəcək nəticələrin əldə olunmasına gətirib çıxarmağa imkan verməlidir. Qeyd edim ki, Avropa İttifaqı da məsələlərə bu prizmadan yanaşır, çünki o, bu yaxınlarda tərəfləri münaqişəyə dair danışıqların sütərləndirilməsinə çağırıb. Aİ-nin
genişlənmə üzrə komissarı da bir neçə həftə bundan öncə bu ölkədə demokratiyanı möhkəmləndirmək üçün göstərdiyi səyləri xüsusi qeyd edib. Eyni zamanda, avropalı komissar Brüssellə Bakı arasında enerji sahəsində əməkdaşlığın möhkəmlənməsini alqışlamışdır"- Fransalı senator qeyd edib.
Fransalı deputat Ştrasserin məruzəsi ilə bağlı qeyd etmişdir ki, bu məruzə Azərbaycanın tutduğu demokratiya yolunda müşayiətedici ruhda deyildir.
"Əlbəttə ki, hamı demokratiyaya aparan addımı alqışlayır. Ştrasserin məruzəsi Azərbaycanın tutduğu demokratiya yolunda müşayiətedici ruhda deyildir. Bir ölkəni həyata keçirilən səyləri və irəliləyişləri görmədən bur ölkəni ciddi tənqid etmək olmaz"- Bokel vurğulayıb.
"Mən habelə diqqəti Azərbaycanın yerləşdiyi geopolitik vəziyyətə və Ermənistanla müharibə vəziyyətinə diqqəti çəkmək istəyirəm. Biz Azərbaycanda habelə mövcud olan və model xarakteri daşıyan bəzi elementləri xüsusi qeyd etməliyəm. Ölkədə mövcud olan dünyəvilik, dinlərarası birgəyaşayış da xüsusi qeyd edilməlidir. Ştrasserin məruzəsi qərəzli və natamam olduğuna görə, ona səs verməyəcəm"- Bokel deyib.