...

Millət vəkili: Ştrasserin məruzəsinin qəbul olunmaması Azərbaycanın dünyada imicinin yüksəlməsinin göstəricisidir

Siyasət Materials 24 Yanvar 2013 17:41 (UTC +04:00)
Kristof Ştrasserin məruzəsinin qəbul olunmaması Azərbaycanın dünya səviyyəsində imicinin yüksəlməsinin göstəricisidir. Bu barədə cümə axşamı Trend-ə millət vəkili Rauf Əliyev bildirib.
Millət vəkili: Ştrasserin məruzəsinin qəbul olunmaması Azərbaycanın dünyada imicinin yüksəlməsinin göstəricisidir

Azərbaycan, Bakı, 24 yanvar /Trend, müxbir M.Əliyev/

Kristof Ştrasserin məruzəsinin qəbul olunmaması Azərbaycanın dünya səviyyəsində imicinin yüksəlməsinin göstəricisidir. Bu barədə cümə axşamı Trend-ə millət vəkili Rauf Əliyev bildirib.

"Neçə müddətdir ki, Ştrasserin sənəd hazırlaması məsələsi müzakirə olunur. Dünən AŞ PA-da o müzakirəni gördük - 125 deputat qətnamə layihəsinin əleyhinə səs verdi. Ötən il BMT-də səsvermə oldu və 155 ölkə Azərbaycana səs verdi. Bundan başqa, I Avropa Olimpiya Oyunlarının keçirilməsi üçün 40-a qədər ölkə Azərbaycana səs verdi. Bu onu göstərir ki, Azərbaycan Prezidenti İlham Əliyevin düzgün siyasəti nəticəsində ölkənin dünya səviyyəsində imici elə yüksəlib ki, belə məsələlər öz həllini tapır", - o deyib.

Qeyd edək ki, yanvarın 23-də Kristof Ştrasserin Azərbaycanda siyasi məhbuslarla bağlı təqdim etdiyi məruzəsi AŞ PA-da qəbul edilməyib.

Milli Məclisin deputatı bildirib ki, Azərbaycanı beynəlxalq arenada əvvəl tanımırdılar, indi isə nəinki tanıyırlar, eləcə də qaldırılan bir sıra məsələlərdə yekdilliklə səs verirlər.

Əliyev vurğulayıb ki, Azərbaycan AŞ PA-ya daxil olandan sonra onunla quruma daxil olan ölkələrdən qat-qat öndədir.

"Azərbaycan bütün öhdəlikləri yerinə yetirib və hər şey göz qabağındadır. Azərbaycanda nə qədər böyük tədbirlər keçirilir və gələn qonaqlar da bu reallıqları görürlər. AŞ PA-da dünənki səsvermə Azərbaycanın, Azərbaycan Prezidentinin uğurudur. Gələcəkdə də Avropa Şurasında öz işimizi davam etdirməliyik", - Əliyev deyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti