Azərbaycan, Bakı, 3 mart /Trend/
Avropa Birliyinin ali nümayəndəsi Ketrin Eşton mart ayının 1-də Çində həyata keçirilmiş ölüm hökmü ilə əlaqədar olaraq, Çini ölüm hökmünü ləğv etməyə çağırıb. Trend-in İnterfaksa istinadən verdiyi xəbərdə deyilir ki, Eşton AB-nin ölüm hökmlərinə qarşı çıxdığını və ləğvinin tərəfdarı olduğunu söyləyib.
"AB hesab edir ki, ölüm hökmü sərt və qeyri-insanidir. İnsan ləyaqətinin qorunması üçün ondan imtina etmək lazımdır" - deyə avropalı diplomat bildirib.
O, xatırladıb ki, Çinə bununla bağlı müraciət edilib və bu dəfə də xahiş olunur ki, Pekin ölüm hökmünün ləğv edilməsi məsələsinə baxsın.