...

Bu gün Folklend adasında referendum keçiriləcək

Siyasət Materials 10 Mart 2013 02:22 (UTC +04:00)
Folklend adasının sakinləri bu gün arxipelaqın ərazisilə bağlı referendum keçirəcək. Trend-in RİA Novostiyə istinadən yaydığı məlumatda bildirilir ki, referendum martın 11-dək davam edəcək.
Bu gün Folklend adasında referendum keçiriləcək

Azərbaycan, Bakı, 10 mart /Trend/

Folklend adasının sakinləri bu gün arxipelaqın ərazisilə bağlı referendum keçirəcək. Trend-in RİA Novostiyə istinadən yaydığı məlumatda bildirilir ki, referendum martın 11-dək davam edəcək.

Məlumatda deyilir ki, referendum Britaniya siyasətçiləri tərəfindən arxipelaq üzərində nəzarəti həyata keçirmək üçün ortaya atılıb.

Siyasi müşahidəçilərin sözlərinə görə, arxipelaqın gələcəyilə bağlı keçiriləcək referendum heç bir əhəmiyyətə malik olmayacaq. Bu, yalnız Böyük Britaniya ilə Argentina arasında münasibətləri gərginləşdirəcək.

Vəziyyətin bu qədər ciddiləşməsi isə arxipelaqın şelfində neft və qaz yataqlarının tapılmasıdır.

Qeyd edək ki, adada 2 minədək insan yaşayır. Onların böyük əksəriyyəti status-kvonun saxlanılmasını arzulayır və Argentinanın nəzarətinə keçməyi istəmirlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti