...

Joao Suareşlə Bakıda keçiriləcək görüşlərdə qaldırılacaq məsələlər açıqlanıb

Siyasət Materials 4 May 2013 11:33 (UTC +04:00)
ATƏT Parlament Assambleyasının (PA) Cənubi Qafqaz və Dağlıq Qarabağ üzrə xüsusi nümayəndəsi Joao Suareşlə Bakıda keçiriləcək görüşlərdə qaldırılacaq məsələlər açıqlanıb.
Joao Suareşlə Bakıda keçiriləcək görüşlərdə qaldırılacaq məsələlər açıqlanıb

Azərbaycan, Bakı, 4 may /Trend, müxbir M.Əliyev/

ATƏT Parlament Assambleyasının (PA) Cənubi Qafqaz və Dağlıq Qarabağ üzrə xüsusi nümayəndəsi Joao Suareşlə Bakıda keçiriləcək görüşlərdə qaldırılacaq məsələlər açıqlanıb.

Milli Məclisin sədr müavini, Azərbaycanın ATƏT Pa-dakı nümayəndə heyətinin rəhbəri Bahar Muradova Trend-ə bildirib ki, Joao Suareşin rəhbərlik etdiyi nümayəndə heyəti mayın 5-i Azərbaycana səfərə gələcək və mayın 6-da Bakıda görüşlərə başlayacaq.

"Nümayəndə heyəti ilə görüşdə Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində ATƏT-in səylərinin artırılması, qəbul olunmuş qərarların yerinə yetirilməsi mexanizminin tapılması, ATƏT-in malik olduğu imkanlardan bu münaqişənin həlli üçün daha səmərəli istifadə yollarının tapılması müzakirə olunacaq", deyə Muradova qeyd edib.

Vitse-spiker bildirib ki, Milli Məclisdə, Xarici İşlər Nazirliyində və digər ən yüksək səviyyəli görüşlərin əsas müzakirə mövzusu Dağlıq Qarabağ məsələsi olacaq.

ATƏT-in Minsk qrupunun formatının dəyişdirilməsi ilə bağlı səsləndirilən fikirlərə münasibət bildirən vitse-spiker vurğulayıb ki, bunun hansısa ciddi dəyişikliklərə gətirib çıxaracağına inanmır.

"Format dəyişikliyi heç nəyə gətirib çıxarmayacaq. Hazırki format çərçivəsində iş görə bilməyənlər digər dövlətlər Minsk Qrupuna daxil olmadan sonra nə edə biləcəklər?", deyə Muradova bildirib.

Muradova vurğulayıb ki, ortada siyasi iradə olmalıdır.

"Ortada siyasi iradə olacaqsa, hətta o üçlüksüz də qərar qəbul etmək mümkünsüzdür", - Muradova deyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti