...

KTMT-nın Təhlükəsizlik şuralarının katibləri Əfqanıstandakı vəziyyəti müzakirə edəcəklər

Siyasət Materials 27 May 2013 03:14 (UTC +04:00)
Bişkekdə bazar ertəsi Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Təhlükəsizlik şuralarının katibləri Əfqanıstandakı vəziyyəti nəzərə alaraq birgə fəaliyyət planını müzakirə edəcəklər.
KTMT-nın Təhlükəsizlik şuralarının katibləri Əfqanıstandakı vəziyyəti müzakirə edəcəklər

Azərbaycan, Bakı, 27 may / Trend /

Bişkekdə bazar ertəsi Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) təhlükəsizlik şuralarının katibləri Əfqanıstandakı vəziyyəti nəzərə alaraq birgə fəaliyyət planını müzakirə edəcəklər. Bu barədə Trend RİA Novosti agentliyinə istinadən məlumat verir.

Cari ildə Qırğızıstan KTMT-nın bütün nizamnamə orqanlarında sədrlik edir. Mayın 28-də Bişkekdə Mərkəzi Asiya regionunun KTMT-ya üzv dövlətlərin başçılarının qeyri-formal görüşü keçəcək.

"Təhlükəsizlik şuralarının katiblərinin komitəsinin (TŞKK) iclasında KTMT ölkələrinin terrorizmlə, ekstremizmlə və transsərhəd cinayətlə mübarizədə qarşılıqlı təsir məsələləri müzakirə ediləcək, həmçinin də Əfqanıstandakı vəziyyətin inkişafını nəzərə alaraq sərhəd təhlükəsizliyi məsələsi", - agentliyin həmsöhbəti bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti