...

Fəttah Heydərov: Gənclər İlham Əliyevin namizədliyini dəstəkləməklə öz xoşbəxt gələcəkləri üçün düzgün seçim etdilər

Siyasət Materials 3 İyun 2013 13:01 (UTC +04:00)
Azərbaycan Ağsaqqallar Şurasının sədri, deputat Fəttah Heydərov Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) İlham Əliyevin prezidentliyə namizədliyini dəstəkləməsini yüksək dəyərləndirib.
Fəttah Heydərov: Gənclər İlham Əliyevin  namizədliyini dəstəkləməklə öz xoşbəxt gələcəkləri üçün düzgün seçim etdilər

Azərbaycan, Bakı, 3 iyun /Trend, müxbir E.Mehdiyev/

Azərbaycan Ağsaqqallar Şurasının sədri, deputat Fəttah Heydərov Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) İlham Əliyevin prezidentliyə namizədliyini dəstəkləməsini yüksək dəyərləndirib.

Trend-in məlumatına görə, ATGTİ-nın illik konfransında çıxış edən Heydərov qeyd edib ki, Azərbaycanda gənclər çox haqlı olaraq prezident seçkilərində İlham Əliyevin namizədliyini dəstəkləyirlər.

Heydərov bildirib ki, İlham Əliyevin apardığı siyasət əsası Heydər Əliyev tərəfindən qoyulan uğurlu bir siyasətdir və öz bəhrəsini müsbət nəticələrlə verir: "Bugünkü gənclər xoşbəxtdir ki, Heydər Əliyevin qurduğu cəmiyyətdə yaşayırlar. Bundan əvvəl Heydər Əliyevsiz cəmiyyətdə biz minlərlə gənclərimizi müharibədə, xaosda itirdik. Heydər Əliyev xalqın tələbi ilə ikinci dəfə Azərbaycanda hakimiyyətə gəldi və ömrünün son 10 ilini sərf edərək müstəqil, xoşbəxt bir Azərbaycan qurdu".

Heydərov vurğulayıb ki, bu gün də gənclər Heydər Əliyevin layiqli davamçısının namizədliyini dəstəkləməklə öz xoşbəxt gələcəkləri üçün düzgün seçim etdilər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti