...

Rasmussen: NATO kiber hücumlara qarşı çevik reaksiya qüvvələri yaradacaq

Siyasət Materials 5 İyun 2013 01:11 (UTC +04:00)
NATO-nun 28 ölkəsinin müdafiə nazirləri kiber hücumlara qarşı çevik reaksiya qüvvələrinin yaradılması haqqında razılığa gəliblər.
Rasmussen: NATO kiber hücumlara qarşı çevik reaksiya qüvvələri yaradacaq

Azərbaycan, Bakı, 5 iyun /Trend/

NATO-nun 28 ölkəsinin müdafiə nazirləri kiber hücumlara qarşı çevik reaksiya qüvvələrinin yaradılması haqqında razılığa gəliblər. Trend-in RİA Novostiyə istinadən verdiyi məlumatda deyilir ki, bunu Alyansın baş katibi Anders Foq Rasmussen söyləyib:

"Biz NATO sisteminin müdafiəsi üçün çevik reaksiya qüvvələrinin yaradılması haqqında razılığa gəldik".

Onun sözlərinə görə, çevik reaksiya qüvvələri kiber hücumların qarşısını almaqla yanaşı, NATO-nun ayrı-ayrı üzvlərinin kompyuter infrastrukturunu da müdafiə edəcəklər.

Baş katib bildirib ki, 2012-ci il ərzində ümumilikdə 2500 kiber hücum olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti