Azərbaycan, Bakı, 8 iyul /Trend, müxbir A.Tağıyeva/
Bu gün səhər saatlarında Misirin paytaxtı Qahirədə sübh namazından sonra dövlət idarələrinin binalarının qarşısında etiraz aksiyaları keçirən prezident Məhəmməd Mursinin 34 tərəfdarı hərbiçilər tərəfindən öldürülüb. Bu barədə Trend "əl-Cəzirə" telekanalına istinadən xəbər yayıb.
Misir ordusu iddia edir ki, öldürülənlər dövlət idarələrinin binalarına hücum etməyi planlaşdırılan terrorçu qruplaşmanın üzviləridir. Hadisə zamanı həmçinin 300 nəfərin yaralandığı bildirilir.
Mursinin hakimiyyətdən kənarlaşdırılmasından narazı olanlar etiraz aksiyalarını davam etdirmək niyyətindədirlər.