Azərbaycan, Bakı, 10 iyul /Trend, müxbir A.Tağıyeva/
Səudiyyə Ərəbistanı ərəb dünyasının siyasi partiyalarına dindən öz məqsədləri üçün istifadə etməyə imkan verməyəcək. Trend-in "əl-Cəzirə" telekanalına istinadən verdiyi məlumata görə, bu barədə çıxışında Səudiyyə Ərəbistanı kralı Abdulla Ben Abdel Əziz bildirib.
Onun sözlərinə görə, din insanların bu və ya digər partiyanın tərəfdarlarına bölünməsinə qarşıdır və bu, düşmənçiliyin alovlandırılmasından və münaqişənin yaranmasından başqa heç nə gətirməyəcək.
Kral Abdalla Ben Abdel Əziz o cümlədən vurğulayıb ki, Səudiyyə Ərəbistanında siyasi partiyalar yoxdur, lakin öz ideologiyasına görə, "Müsəlman Qardaşları" və ya digər dini cərəyanlara yaxın olan bəzi qruplaşmalar var.