...

Ermənistan və Aİ arasında assosiativ saziş 2017-2018-ci illərdə qüvvəyə minəcək

Siyasət Materials 16 İyul 2013 17:39 (UTC +04:00)
Ermənistan və Avropa İttifaqı (Aİ) arasında assosiativ saziş 2017-2018-ci illərdə tam qüvvəyə minəcək.
Ermənistan və Aİ arasında assosiativ saziş 2017-2018-ci illərdə qüvvəyə minəcək

Azərbaycan, Bakı, 16 iyul /Trend/

Ermənistan və Avropa İttifaqı (Aİ) arasında assosiativ saziş 2017-2018-ci illərdə tam qüvvəyə minəcək. Trend-in çərşənbə axşamı "Mediamaks"a istinadən verdiyi məlumata görə, bu barədə Ermənistanın Aİ ilə assosiativ sazişin bağlanılması üzrə əsas müzakirəçisi, xarici işlər nazirinin müavini Zoqrab Mnatsakanyan deyib.

Onun sözlərinə görə, saziş Vilnüsdə "Şərq tərəfdaşlığı" sammitində təsdiq edildikdən sonra uzunmüddətli proses başlayacaq: "Belə ki, sənəd Aİ-nin 28 rəsmi dilinə tərcümə edilməli, Aİ-nin bütün üzv ölkələrinin parlamentlərində, Avropa parlamentində və Ermənistan Milli Yığıncağında ratifikasiya edilməlidir. Bu da orta hesabla 3 ilədək vaxt apara bilər".

Mnatsakanyan qeyd edib ki, bu saziş Ermənistanın Aİ ilə münasibətlərinin əsasını təşkil edəcək, həmçinin tərəfdaşlıq və əməkdaşlıq haqqında sazişi əvəz edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti