Azərbaycan, Bakı, 26 iyul/Trend, müxbir A. Tağıyeva/
Bu gün Misir məhkəməsi aparılan araşdırma çərçivəsində ölkənin devrilmiş prezidenti Məhəmməd Mursiyə 15 sutkalıq həbs cəzası verilməsi barədə qərar qəbul edib. Bu barədə Trend cümə günü "əl-Ərəbiyyə" telekanalına istinadən məlumat verir.
Telekanalın məlumatına görə, məhkəmə Mursini HƏMAS hərəkatı ilə əməkdaşlıq etməkdə, həmçinin 2011-ci ildə inqilab zamanı həbsxanadan qaçışda təqsirli bilib.