...

Mursinin həbsinə qarşı etiraz aksiyası keçirilir

Siyasət Materials 26 İyul 2013 14:35 (UTC +04:00)
Misirin devrilmiş Prezidenti Məhəmməd Mursinin həbsinə cavab olaraq, sabiq Prezidentin tərəfdarları kütləvi etiraz aksiyaları keçirmək üçün Qahirədə Rəbiyyə əl-Ədəviyyə meydanına toplaşırlar.
Mursinin həbsinə qarşı etiraz aksiyası keçirilir

Azərbaycan, Bakı, 26 iyul /Trend, müxbir A.Tağıyeva/

Misirin devrilmiş Prezidenti Məhəmməd Mursinin həbsinə cavab olaraq, sabiq Prezidentin tərəfdarları kütləvi etiraz aksiyaları keçirmək üçün Qahirədə Rəbiyyə əl-Ədəviyyə meydanına toplaşırlar. Bu barədə Trend "əl-Cəzirə" telekanalına istinadən məlumat verir.

Bundan əlavə, ölkədə hərbi çevrilişi dəstəkləyən Mursi əleyhdarları da meydana yığışırlar. Qahirədə etiraz aksiyaları ilə əlaqədar polis tam hazırlıq vəziyyətinə gətirilib.

Qeyd edək ki, iyulun 26-da Misir məhkəməsi aparılan araşdırma çərçivəsində ölkənin ordu tərəfindən devrilmiş Prezidenti Məhəmməd Mursiyə 15 sutkalıq həbs cəzası verilməsi barədə qərar qəbul edib. Telekanalın məlumatına görə, məhkəmə Mursini HƏMAS hərəkatı ilə əməkdaşlıq etməkdə, həmçinin 2011-ci ildə inqilab zamanı həbsxanadan qaçışda təqsirli bilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti