Azərbaycan, Bakı, 29 iyul / Trend, müxbir A.Tağıyeva/
Misir hökuməti 50 dövlətin, o cümlədən Türkiyənin vətəndaşları üçün ölkəyə giriş şərtlərinin sərtləşdirilməsi barədaə qərar qəbul edib. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi "Hürriyyət" qəzeti diplomatik mənbələrə istinadən xəbər yayıb.
Qəzet xəbər verir ki, Türkiyə vətəndaşları Misirə daxil olmaq üçün vizanı bu ölkənin sərhədində alırdılar. İndi isə yeni qaydalara görə, giriş üçün vizanı qabaqcadan əldə etmək lazımdır.
Prezident Məhəmməd Mursinin devrilməsindən sonra Misir hökuməti Suriya, Fələstin və Yəmən vətəndaşları ilə bağlı analoji qərar qəbul edib. Qeyd edək ki, Mursinin devrilməsindən sonra Türkiyə ilə Misir arasındakı münasibətlərdə bir qədər gərginlik müşahidə olunur. Belə ki, Ankara Misirdə baş verən hadisəni "hərbi çevriliş" adlandıraraq Misirdəki yeni rejimin legitim olmadığını bəyan edib.