...

Türkiyə Misirlə bir sıra sazişləri dondurub

Siyasət Materials 30 İyul 2013 09:34 (UTC +04:00)

Azərbaycan, Bakı, 30 iyul / Trend, müxbir A.Tağıyeva /

Türkiyə Misirlə imzalanan bir sıra sazişləri dondurmağı qərara alıb. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı "Sabah" qəzeti xəbər yayıb.

Qəzet nəqliyyat, təhsil və səhiyyə sahəsində ikitərəfli sazişlərin dondurulduğunu xəbər verir. Bundan başqa, Ankara Türkiyədə istehsal olunan ANKA pilotsuz təyyarələrinin Misirə satışını dayandırıb.

Habelə Türkiyənin İsgəndərun limanı ilə Misirin Port-Səid limanı arasında reyslər həyata keçirən yük gəmilərinin hərəkəti də dayandırılıb.

Qeyd edək ki, Mursinin devrilməsindən sonra Türkiyə ilə Misir arasındakı münasibətlərdə bir qədər gərginlik müşahidə olunur. Belə ki, Ankara Misirdə baş verən hadisəni "hərbi çevriliş" adlandıraraq Misirdəki yeni rejimin legitim olmadığını bəyan edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti