...

İlham Əliyev Qəbələdə türkiyəli və qırğızıstanlı həmkarları ilə görüşüb (FOTO)

Siyasət Materials 15 Avqust 2013 20:00 (UTC +04:00)
Avqustun 15-də Qəbələdəki prezident iqamətgahında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ölkəmizdə səfərdə olan Türkiyə Respublikasının Prezidenti Abdullah Gül və Qırğız Respublikasının Prezidenti Almazbek Atambayevlə görüşü olmuşdur.
İlham Əliyev Qəbələdə türkiyəli və qırğızıstanlı həmkarları ilə görüşüb (FOTO)

Azərbaycan, Bakı, 15 avqust /Trend/

Avqustun 15-də Qəbələdəki prezident iqamətgahında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ölkəmizdə səfərdə olan Türkiyə Respublikasının Prezidenti Abdullah Gül və Qırğız Respublikasının Prezidenti Almazbek Atambayevlə görüşü olmuşdur.

Görüşdə Qəbələdə keçiriləcək Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının III Zirvə toplantısının əhəmiyyətindən danışıldı. Bu tədbirin dost və qardaş ölkələr olan türkdilli dövlətlərin siyasi, iqtisadi, humanitar və digər sahələrdə ikitərəfli və çoxtərəfli əməkdaşlığına töhfə verəcəyi bildirildi.

Prezident İlham Əliyev və Prezident Abdullah Gül Azərbaycan ilə Türkiyə arasında ikitərəfli münasibətlərin, o cümlədən enerji sahəsində əməkdaşlığın inkişafından məmnunluq ifadə etdilər.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı vəziyyətin müzakirə edildiyi görüşdə bir sıra digər məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

Avqustun 15-də Qəbələdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və ölkəmizdə səfərdə olan Qırğız Respublikasının Prezidenti Almazbek Atambayevlə də görüşüb.

Görüşdə Qəbələdə keçiriləcək Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının III Zirvə toplantısının əhəmiyyəti vurğulandı. Bu tədbirin ölkələrimiz arasında siyasi, iqtisadi, humanitar, mədəni sahələrdə əməkdaşlığa təkan verəcəyi qeyd olundu. Azərbaycan ilə Qırğızıstan arasında ikitərəfli əlaqələrin inkişafının vurğulandığı görüşdə nəqliyyat sahəsində əməkdaşlığın yaxşı perspektivlərinin olduğu bildirildi.

Söhbət zamanı müxtəlif sahələrə dair geniş fikir mübadiləsi aparıldı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti