...

Litvadakı Azərbaycan diasporu ermənipərəst diplomatlara qarşı təbliğat işlərini davam etdirir

Siyasət Materials 20 Avqust 2013 14:32 (UTC +04:00)
Litvadakı Azərbaycan diasporu Litva diplomatlarının Azərbaycan-Ermənistan münasibətləri və Qarabağ silahlı münaqişəsi ilə bağlı internetdə yayılan gizli telefon danışıqlarına sərt münasibət bildirib.
Litvadakı Azərbaycan diasporu ermənipərəst diplomatlara qarşı təbliğat işlərini davam etdirir

Azərbaycan, Bakı, 20 avqust /Trend, müxbir İ.İzzət/

Litvadakı Azərbaycan diasporu Litva diplomatlarının Azərbaycan-Ermənistan münasibətləri və Qarabağ münaqişəsi ilə bağlı internetdə yayılan gizli telefon danışıqlarına sərt münasibət bildirib.

Diasporla İş üzrə Dövlət Komitəsindən Trend-ə verilən məlumata görə, Litva Azərbaycanlıları Cəmiyyəti və Litva-Azərbaycan Assosiasiyası tərəfindən bu qalmaqallı olayların astarının üzə çıxarılması, habelə ikibaşlı siyasət yürüdən Litvanın bəzi dövlət qurumları təmsilçilərinin ifşa edilməsi, Azərbaycana qarşı burada fəaliyyət göstərən ermənipərəst təbliğat qüvvələrinin zəiflədilməsi, ideoloji rəqiblərimizin neytrallaşdırılması üçün və ictimai fikrin düzgün istiqamətə yönəldilməsi məqsədilə bir sıra əkstəbliğat işləri, maarifləndirmə aksiyaları həyata keçirilir, o cümlədən yerli mətbuatda silsilə məqalələr dərc etdirilir.

Litva Azərbaycanlıları Cəmiyyətinin sədri, Litva-Azərbaycan Assosiasiyasının həmtəsisçisi Mahir Həmzəyev bildirir ki, bu tədbirlər çərçivəsində Litvanın www.balsas.lt xəbərlər portalında litvalı tarixçi və etnoloq, Litva-Azərbaycan Assosiasiyasının prezidenti İmantas Melyanasın "Əgər diplomat Dağlıq Qarabağa "Arsax" deyirsə, biz də ona diplomat yox, korazehin deməliyik" adlı litvaca tənqidi məqaləsi dərc olunub. Məqalə Litva diplomatlarının Ermənistan-Azərbaycan münasibətləri və Dağlıq Qarabağ münaqişəsi barədə apardıqları gizli telefon danışıqları ilə bağlı hazırda yaşanan qalmaqallı olaylara, eləcə də Litvanın Macarıstandakı səfiri Renatas Yuşkanın və Litva Xarici İşlər Nazirliyində çalışan ermənipərəst dövlət qulluqçularının iç üzlərinin açılmasına, LR Seymində qondarma "Dağlıq Qarabağla parlament dostluq qrupunun" yaradılması təşəbbüsünü qaldırmış ermənipərəst iş adamları və onların maliyyə dəstəyi sayəsində fəaliyyət göstərən muzdlu Litva millət vəkillərinin ifşa olunmasına, həmçinin "Arsax" toponimi və "Arsax əyaləti" barədə həqiqətlərin Litvada yayımlanmasına həsr edilib.

Vilnüsdə litvaca buraxılan nüfuzlu "Litva xəbərləri" ("Lietuvos zinios") qəzetinin 7 avqust 2013-cü il tarixində çıxmış sayında digər litvalı tarixçi, Litva-Azərbaycan Assosiasiyası İdarə Heyətinin üzvü Arvidas Banyulisin "Profilər: peşəkarlar və yaxud naşılar?" başlıqlı məqaləsi çap edilib. Tarixi səpkidə yazılmış bu məqalədə müəllif SSRİ rəhbərliyi tərəfindən Ermənistan və Litva ərazilərinin müxtəlif yollarla genişləndirilməsinin, Azərbaycan torpaqlarının isə "qayçılanması"nın əsl səbəblərini araşdırır və tarixi paralellər aparır, ictimai-siyasi nəticələr çıxardır və bundan qaynaqlanan geosiyasi müddəalar əsasında Azərbaycan sərhədlərinin birtərəfli qaydada ermənilərin xeyrinə dəyişdirilməsini təsdiq edən faktları çox dürüst və inandırıcı bir şəkildə Litva ictimaiyyətinə təqdim edir.

"Litva xəbərləri" qəzetinin 9 avqust 2013-cü ildə buraxılmış sayında isə tanınmış ictimai-mədəni xadim, Litvanın mədəniyyət nazirinin sabiq müavini, Litva-Azərbaycan Assosiasiyası İdarə Heyətinin üzvü Donatas Valançyauskasın "Barokko dövrü üslubunda əhvalat" adlı siyasi pamflet janrında yazılmış əsəri çap olunub. Bu əsərdə ermənipərəst Litva diplomatı Renatas Yuşka Qarabağ münaqişəsi ilə bağlı çıxartdığı hoqqalara və orta əsrlərin səlib müharibələri ruhunda açıqladığı fikirlərə görə ictimai qınaq obyektinə çevrilib. Sonda R. Yuşkanın ermənipərəst fəaliyyəti nəticəsində Litva diplomatiyasına gətirdiyi ləkəyə görə vəzifəsindən istefa verməsi tələbi irəli sürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti