...

İlham Əliyev “Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxslərin və Azərbaycan Respublikasında 30 gündən artıq yaşamaq istəyən əcnəbilərin xüsusi sənədləri nümunələrinin təsdiq edilməsi haqqında” Fərmanında dəyişikliklər edib

Siyasət Materials 28 Avqust 2013 19:59
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxslərin və Azərbaycan Respublikasında 30 gündən artıq yaşamaq istəyən əcnəbilərin xüsusi sənədləri nümunələrinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 15 iyul tarixli 372 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə fərman imzalayıb.
İlham Əliyev “Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxslərin və Azərbaycan Respublikasında 30 gündən artıq yaşamaq istəyən əcnəbilərin xüsusi sənədləri nümunələrinin təsdiq edilməsi haqqında” Fərmanında dəyişikliklər edib

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 28 avqust /Trend/

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev "Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxslərin və Azərbaycan Respublikasında 30 gündən artıq yaşamaq istəyən əcnəbilərin xüsusi sənədləri nümunələrinin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 15 iyul tarixli 372 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə fərman imzalayıb.

Fərmanda deyilir ki, Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, "Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxslərin və Azərbaycan Respublikasında 30 gündən artıq yaşamaq istəyən əcnəbilərin xüsusi sənədləri nümunələrinin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 15 iyul tarixli 372 nömrəli Fərmanını "Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxslərin və Azərbaycan Respublikasında 30 gündən artıq yaşamaq istəyən əcnəbilərin xüsusi sənədləri haqqında Əsasnamə"nin təsdiq edilməsi barədə" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikasının 2013-cü il 5 mart tarixli 584-IVQD nömrəli Qanununa uyğunlaşdırmaq məqsədi ilə "Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxslərin və Azərbaycan Respublikasında 30 gündən artıq yaşamaq istəyən əcnəbilərin xüsusi sənədləri nümunələrinin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 15 iyul tarixli 372 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 7, maddə 512; 2009, № 2, maddə 75) aşağıdakı dəyişikliklərin edilməsi qərara alınır:

Fərmanın adından, preambulasından və 1-ci hissəsindən "və Azərbaycan Respublikasında 30 gündən artıq yaşamaq istəyən əcnəbilərin" sözləri çıxarılsın, eləcə də 1-ci hissənin beşinci abzasında nöqtəli vergül işarəsi nöqtə işarəsi ilə əvəz edilsin və altıncı abzas ləğv edilsin.

Daha sonra bildirilir ki, həmin Fərmanla təsdiq edilmiş "Azərbaycan Respublikasında 30 gündən artıq yaşamaq istəyən əcnəbinin qeydiyyata alınması haqqında vəsiqənin eskizi", "Azərbaycan Respublikasında 30 gündən artıq yaşamaq istəyən əcnəbinin qeydiyyata alınması haqqında vəsiqənin nümunəsi", "Azərbaycan Respublikasında 30 gündən artıq yaşamaq istəyən əcnəbinin qeydiyyata alınması haqqında vəsiqənin təsviri" və "Azərbaycan Respublikasında 30 gündən artıq yaşamaq istəyən əcnəbinin qeydiyyata alınması haqqında vəsiqənin spesifikasiyası" ləğv edilsin.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti