Azərbaycan, Bakı, 30 avqust /Trend, müxbir M.Əliyev/
Azərbaycan Prezident Administrasiyasının (PA) şöbə müdiri Milli Şura rəhbərliyinin Londona səfərə dəvət edilməsinə mövqeyini açıqlayıb.
Trend-in məlumatına görə, cümə günü jurnalistlərə açıqlamasında Azərbaycan Prezidenti Administrasiyasının Siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanov bildirib ki, müxtәlif şәxslәr, o cümlәdәn müxalifәt nümayәndәlәri istәnilәn xarici ölkәyә turistik sәfәr edә bilәr, orda kimlәrlәsә görüşmәk niyyәti ola bilәr.
Onun sözlərinə görə, Azәrbaycana son dövrlәr edilәn yüksәk sәviyyәli sәfәrlәr, cәnab Prezidentlә keçirilәn görüşlәrә baxmaq kifayәtdir ki, Azәrbaycanda aparılan siyasәtin, Azәrbaycanın hәyata keçirdiyi sosial-iqtisadi inkişafın, Azәrbaycanın ortaya qoyduğu siyasi sabitliyin necә vә hansı sәviyyәdә dәstәklәndiyi anlaşılsın.
Prezident Administrasiyasının şöbə müdiri Milli Şura rəhbərliyinin Londona səfərə dəvət edilməsinə mövqeyini açıqlayıb
Azərbaycan Prezident Administrasiyasının (PA) şöbə müdiri Milli Şura rəhbərliyinin London səfərə dəvət edilməsinə mövqeyini açıqlayıb.