...

NATO: Suriya məsələsində fəaliyyətsizlik nəticəsində kimyəvi silah tətbiqi cəzasız qala bilər

Siyasət Materials 6 Sentyabr 2013 00:02 (UTC +04:00)
Dünya ictimaiyyətinin Suriya münaqişəsinin həlli məsələsində fəaliyyətsizliyi kimyəvi silah tətbiqinin təqsirkar tərəf üçün nəticəsiz qalacağına siqnal ola bilər.
NATO: Suriya məsələsində fəaliyyətsizlik nəticəsində kimyəvi silah tətbiqi cəzasız qala bilər

Azərbaycan, Bakı, 6 sentyabr /Trend/

Dünya ictimaiyyətinin Suriya münaqişəsinin həlli məsələsində fəaliyyətsizliyi nəticəsində kimyəvi silah tətbiq edən təqsirkar tərəf cəzasız qala bilər. Trend-in məlumatına görə, bu barədə NATO-nun baş katibi Anders Foq Rasmussen öz "Twitter" səhifəsində yazıb.

Rasmussen qeyd edib ki, Suriyadakı vəziyyətlə bağlı fəaliyyətsizlik də fəaliyyət deməkdir:

"Fəaliyyətsizlik o deməkdir ki, biz diktatora onların kütləvi qırğın silahlarından istifadə edə biləcəyi ilə bağlı təhlükəli siqnal veririk".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti