...

İranın xüsusi nümayəndəsi: Xəzərin hüquqi statusunun razıladırılması istiqamətində koordinasiya işləri davamlı şəkildə aparılır

Siyasət Materials 11 Sentyabr 2013 12:19 (UTC +04:00)
Bakıda 2014-cü ildə Rusiyada keçiriləcək Xəzəryanı ölkələrin başçılarının sammitinə hazırlıq məsələləri müzakirə olunur.
İranın xüsusi nümayəndəsi: Xəzərin hüquqi statusunun razıladırılması istiqamətində koordinasiya işləri davamlı şəkildə aparılır

Azərbaycan, Bakı, 11 sentyabr /Trend, müxbir T.Cəfərov/

Bakıda 2014-cü ildə Rusiyada keçiriləcək Xəzəryanı ölkələrin başçılarının sammitinə hazırlıq məsələləri müzakirə olunur. Bunu İranın xarici işlər nazirinin müavini və bu ölkənin Xəzər dənizi məsələləri üzrə xüsusi nümayəndəsi Məhəmməd Mehdi Axundzadə çərşənbə günü Trend-ə deyib.

M.Axunzadə bildirib ki, Xəzəryanı ölkələrin arasında statusın razıladırılması istiqamətində koordinasiya işləri davamlı şəkildə aparılır:

"Hazırda Bakıda keçirilən iclasda Rusiyada keçiriləcək sammitdə ortaya qoyula biləcək nailiyyətləri əldə etməyə çalışırıq. Fikrimcə, ötən bir il ərzində XİN müavinlərinin davamlı və vaxtlı-vaxtında keçirdiyi iclaslar onu göstərir ki, ölkələr statusun müəyyənləşməsi ilə bağlı ciddi addımlar atırlar".

Qeyd edək ki, sentyabrın 11-12-də Xəzəryanı ölkələrin xarici işlər nazirlərinin müavinləri səviyyəsində Xəzərin hüquqi statusunun müəyyənləşdirilməsi üzrə 33-cü iclas Bakıda keçirilir. Azərbaycanı iclasda xarici işlər nazirinin müavini Xələf Xələfov, Rusiyanı RF Prezidentinin demarkasiya və delimitasiya üzrə xüsusi nümayəndəsi İqor Bradçikov, Qazaxıstanı xarici işlər nazirinin müavini Kayrat Sarıbay, İranı bu ölkənin Xəzər dənizi məsələləri üzrə xüsusi nümayəndəsi Məhəmməd Mehdi Axundzadə, Türkmənistanı isə Murad Atacanov təmsil edir.

Axundzadə bildirib ki, Xəzəryanı ölkələrin dövlət başçılarının sammitindən öncə xarici işlər nazirlərinin görüşü keçiriləcək və onlar sammitdə imzalanacaq sənədi hazırlayacaqlar.
Axundzadə əlavə edib ki, Xəzəryanı ölkələr arasında dostluq əlaqələri mövcuddur və "fikrimcə, Rusiyada keçiriləcək sammit uğurlu razılaşmalarla nəticələnəcək".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti