...

Azərbaycanda prezidentliyə namizədlərin pulsuz efir vaxtının bölgüsü üçün püşkatma komissiyası yaradılıb

Siyasət Materials 13 Sentyabr 2013 17:16 (UTC +04:00)
Mərkəzi Seçki Komissiyasının (MSK) bugünkü iclasında oktyabrın 9-da keçiriləcək prezident seçkilərində ödənişsiz əsaslarla ayrılmış efir vaxtının bölgüsü məqsədilə püşkatma komissiyası yaradılıb.
Azərbaycanda prezidentliyə namizədlərin pulsuz efir vaxtının bölgüsü üçün püşkatma komissiyası yaradılıb

Azərbaycan, Bakı, 13 sentyabr /Trend, müxbir E.Mehdiyev/

Mərkəzi Seçki Komissiyasının (MSK) bugünkü iclasında oktyabrın 9-da keçiriləcək prezident seçkilərində ödənişsiz əsaslarla ayrılmış efir vaxtının bölgüsü məqsədilə püşkatma komissiyası yaradılıb.

Trend-in məlumatına görə, MSK sədri Məzahir Pənahovun sədrliyi ilə keçirilən iclasda Komissiya sədrinin müavini Natiq Məmmədov qeyd edib ki, hər bir namizədə həftədə 3 saat İctimai Televiziyada, 3 saat isə İctimai Radioda ödənişsiz əsaslarla vaxtın ayrılması nəzərdə tutulur.

N.Məmmədov bildirib ki, televizyada pulsuz efir vaxtının qeydə alınmış namizədlər tərəfindən həftənin cüt günləri, radioda isə həftənin tək günləri istifadə edilməsi nəzərdə tutulur.

Qeyd edək ki, püşkatma sentyabrın 16-da MSK-da keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti