Azərbaycan, Bakı, 7 oktyabr /Trend/
Azərbaycan Prezidenti Qazax rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında Sərəncam imzalayıb.
Dövlət başçısı Azərbaycan Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıb ki, iyirmi altı min nəfər əhalinin yaşadığı 15 yaşayış məntəqəsini birləşdirən Qazax-Quşçu Ayrım avtomobil yolunun tikintisinin davam etdirilməsi məqsədi ilə Azərbaycan Respublikasının 2013-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Qazax Rayon İcra Hakimiyyətinə 2.0 (iki) milyon manat ayrılsın.
Azərbaycan Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etməlidir.
Qazax rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə iki milyon manat ayrıldı
Azərbaycan Prezidenti Qazax rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında Sərəncam imzalayıb.
![Qazax rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə iki milyon manat ayrıldı](https://az.trend.az/media/2012/05/04/Ilham_Aliyev_040512.jpg)