...

AVCİYA: Seçkilər əvvəlki illərlə müqayisədə daha konstruktiv və demokratik olub

Siyasət Materials 10 Oktyabr 2013 11:26 (UTC +04:00)
Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) Azərbaycanda keçirilən prezident seçkiləri ilə bağlı bəyanat qəbul edib.
AVCİYA: Seçkilər əvvəlki illərlə müqayisədə daha konstruktiv və demokratik olub

Azərbaycan, Bakı, 10 oktyabr /Trend, müxbir S. Əhmədova/

Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) Azərbaycanda keçirilən prezident seçkiləri ilə bağlı bəyanat qəbul edib. Trend-in məlumatına görə, bəyanatda qeyd edilir ki, assosiasiya 118 Dairə Seçki Komissiyasının 4813 seçki məntəqəsində seçkiləri müşahidə edib.

Bəyanatda deyilir ki, seçki günü ölkə üzrə bəzi ərazilərdə təşviqat materiallarının tam çıxarılmaması, bəzi məntəqələrdə seçicilərin barmağına mürəkkəbin vurulması, müşahidəçilər üçün yerlərin ayrılması, onların qeydiyyatdan keçməsi, səyyar qutularda səs vermə prosesində bəzi problemlər müşahidə olunub. Lakin bütün qeydə alınmış bu qanun pozuntuları çox az sayda məntəqələri əhatə edib və buna görə də seçkinin nəticələrinə təsir etmək gücündə olmayıb.

AVCİYA seçkilərin beynəlxalq standartlara uyğun olaraq şəffaf və ədalətli keçdiyini, əvvəlki illərlə müqayisədə daha stabil, konstruktiv və demokratik olduğunu vurğulayır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti