...

Prezident İlham Əliyev Pakistan Senatı sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

Siyasət Materials 10 Oktyabr 2013 18:06 (UTC +04:00)
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 10-da Pakistan İslam Respublikası Senatının sədr müavini Sabir Əli Bəlucun başçılıq etdiyi Pakistan Senatı və Milli Assambleyası üzvlərindən ibarət nümayəndə heyətini qəbul etmişdir.
Prezident İlham Əliyev Pakistan Senatı sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

Azərbaycan, Bakı, 10 oktyabr /Trend/

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 10-da Pakistan İslam Respublikası Senatının sədr müavini Sabir Əli Bəlucun başçılıq etdiyi Pakistan Senatı və Milli Assambleyası üzvlərindən ibarət nümayəndə heyətini qəbul etmişdir.

Pakistan İslam Respublikası Senatının sədr müavini Sabir Əli Bəluc başçılıq etdiyi nümayəndə heyəti adından dövlətimizin başçısını Prezident seçkilərində əldə etdiyi inamlı qələbə münasibətilə təbrik etdi. Ölkəmizdə seçkilərin azad, demokratik və şəffaf şəraitdə keçirildiyinin şahidi olduqlarını deyən pakistanlı qonaq Azərbaycanda mövcud olan sabitlik və əmin-amanlığı yüksək qiymətləndirdi. Sabir Əli Bəluc ölkəsinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycanın ədalətli mövqeyini dəstəklədiyini bir daha vurğuladı.

Dövlətimizin başçısı Azərbaycan Respublikası ilə Pakistan İslam Respublikası arasında dostluq və qardaşlıq əlaqələrinin uğurlu inkişafından məmnunluğunu bildirdi. Pakistanın Azərbaycanın yaxın müttəfiqlərindən biri olduğunu vurğulayan dövlətimizin başçısı ölkələrimiz arasında dostluq və tərəfdaşlıq əlaqələrinin qarşıdakı illərdə də inkişaf edəcəyinə əminliyini ifadə etdi. Prezident İlham Əliyev ölkələrimizin bütün beynəlxalq təşkilatlarda bir-birini dəstəkləmələrinin önəmini qeyd etdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti