...

NATO-nun baş katibi Prezident İlham Əliyevi təbrik edib

Siyasət Materials 21 Oktyabr 2013 17:48 (UTC +04:00)
NATO-nun baş katibi Anders Foq Rasmussen Azərbaycan Prezidenti İlham Əliyevi təbrik edib.
NATO-nun baş katibi Prezident İlham Əliyevi təbrik edib

Azərbaycan, Bakı, 21 oktyabr /Trend/

NATO-nun baş katibi Anders Foq Rasmussen Azərbaycan Prezidenti İlham Əliyevi təbrik edib.

Təbrikdə deyilir: "İcazə verin, yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi təbrik edim, Sizə və Azərbaycan xalqına gələcəklə bağlı ən xoş arzularımı çatdırım.

NATO ilə Azərbaycan arasında dialoqun və əməkdaşlığın inkişaf etdirilməsində Sizinlə çalışmaqdan məmnunam. Əminəm ki, biz "Sülh naminə tərəfdaşlıq" Proqramı çərçivəsində qorunan demokratik dəyərlər əsasında tərəfdaşlığımızı daha da dərinləşdirəcəyik. NATO Fərdi Tərəfdaşlıq üzrə Əməliyyat Planı da daxil olmaqla Sizin islahat səylərinizi dəstəkləməyə hazırdır.

Ali dövləti vəzifənizdə Sizə uğurlar arzu edirəm. Əminəm ki, əməkdaşlığımız və dialoqumuz davam edəcəkdir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti