Azərbaycan, Bakı, 22 oktyabr /Trend, müxbir R.Hafizoğlu/
Avropa İttifaqı (Aİ) Türkiyədə aparılan islahatları qiymətləndirmək hüququna malik deyil. Trend-in Türkiyənin "TRT Haber" telekanalına istinadən verdiyi məlumatına görə, bu barədə Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan hakim partiyanın növbəti sessiyası zamanı bəyan edib.
Baş nazirin sözlərinə görə, aparılan islahatlar gələcəkdə də davam etdiriləcək.
Onun sözlərinə görə, Aİ Misir və Suriyadakı vəziyyəti qiymətləndirməlidir.
Baş nazirin müavini Əli Babacan bildirib ki, Aİ Türkiyəni öz sıralarına qatmağa hələ hazır deyil.
Ə.Babacanın sözlərinə görə, hazırda Türkiyə Aİ-də daxil olmaq üçün uzun yolun lap əvvəlindədir, lakin bu o demək deyil ki, Ankara İttifaqa üzv olmağa hazır deyil.