Azərbaycan, Bakı, 22 oktyabr /Trend/
Azərbaycan Prezidenti İlham Əliyev Macarıstan Prezidenti Yanoş Aderə təbrik məktubu ünvanlayıb.
Təbrikdə deyilir: "Macarıstanın milli bayramı münasibətilə Sizə və xalqınıza Azərbaycan xalqı adından və öz adımdan ən səmimi təbriklərimi yetirirəm.
Azərbaycan-Macarıstan münasibətlərinin hazırkı səviyyəsi məmnunluq doğurur. Ümidvaram ki, ikitərəfli əlaqələrimizin genişləndirilməsi və əməkdaşlığımızın dərinləşdirilməsi yolunda səylərimizi bundan sonra da ardıcıl şəkildə davam etdirəcəyik".
İlham Əliyev Yanoş Aderə möhkəm cansağlığı, işlərində uğurlar, dost Macarıstan xalqına daim əmin-amanlıq və firavanlıq arzulayıb.