...

Azərbaycan Prezidentinin ünvanına təbrik məktubları gəlməkdə davam edir

Siyasət Materials 26 Oktyabr 2013 16:21 (UTC +04:00)
Braziliya Federativ Respublikasının Prezidenti Dilma Roussef Azərbaycanın dövlət başçısı İlham Əliyevi yenidən Prezident seçilməsi münasibətilə təbrik edib.
Azərbaycan Prezidentinin ünvanına təbrik məktubları gəlməkdə davam edir

Azərbaycan, Bakı, 26 oktyabr /Trend/

Braziliya Federativ Respublikasının Prezidenti Dilma Roussef Azərbaycanın dövlət başçısı İlham Əliyevi yenidən Prezident seçilməsi münasibətilə təbrik edib.

Təbrikdə deyilir: "Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi təbrik edirəm.

Əminəm ki, Sizin rəhbərliyinizlə Braziliya ilə Azərbaycan arasında mövcud dostluq əlaqələri xalqlarımızın qarşılıqlı mənafeyi çərçivəsində güclənməkdə davam edəcəkdir.

Cənab Prezident, Sizə xoşbəxtlik, ali dövləti vəzifənizdə uğurlar diləyirəm".

XXX

Finlandiya Respublikasının Prezidenti Sauli Niinistedən:

"Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi ən səmimi duyğularla təbrik edirəm.

Ali dövləti vəzifənizdə Sizə daha böyük uğurlar diləyir, ən xoş arzularımı və ən yüksək ehtiramımı çatdırıram".

XXX

İslam Əməkdaşlıq Təşkilatının baş katibi Ekmələddin İhsanoğludan:

"Azərbaycan Respublikasının Prezidenti seçkilərində qazandığınız inamlı qələbə münasibətilə Sizə İslam Əməkdaşlıq Təşkilatı adından və şəxsən öz adımdan ən səmimi təbriklərimi çatdırmaqdan qürur hissi duyuram.

Seçkilərin nəticələri Sizin müdrik rəhbərliyinizlə Azərbaycan xalqının daha da inkişafı üçün vacib amil olacaqdır.

İslam Əməkdaşlıq Təşkilatı ilə Azərbaycan arasında mövcud olan yüksək səviyyəli əlaqələr və əməkdaşlıq əminəm ki, Sizin səyləriniz sayəsində daha da inkişaf edəcəkdir. Ümidvaram ki, İslam Əməkdaşlıq Təşkilatının əsas üzvlərindən biri kimi Azərbaycan təşkilatda fəal və mühüm rol oynamağa davam edəcəkdir.

Zati-aliləri, Sizə uğurlar diləyirəm. Xahiş edirəm dərin ehtiramımı qəbul edin".

XXX

Beynəlxalq Hüquqşünaslar İttifaqının sədri Andrey Trebkovdan:

"Ölkənizdə keçirilmiş prezident seçkilərində inamlı qələbəniz münasibətilə Hüquqşünasların İctimai Birliklərinin Beynəlxalq İttifaqı adından ən səmimi və hərarətli təbriklərimizi qəbul edin.

Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz Sizin yürütdüyünüz, ölkənin sosial-iqtisadi inkişafına, onun beynəlxalq mövqelərinin möhkəmlənməsinə yönəlmiş fəaliyyət kursunun seçicilər tərəfindən geniş və fəal dəstəklənməsinə parlaq sübutdur. Seçicilərin iradəsi, şübhəsiz, Azərbaycan xalqı tərəfindən Sizə böyük etimadın və ölkədə sabitlik, firavanlıq və rahat həyat kursunun varisliyinin təmin edilməsində Sizin şəxsi xidmətlərinizin xalq tərəfindən yüksək qiymətləndirilməsinin göstəricisidir.

Prezident seçkiləri və bu seçkilərdə Sizin Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz ölkədə demokratik dəyişikliklər prosesinin dərinləşməsini, vətəndaş cəmiyyəti təsisatlarının inkişafını, vətəndaşların seçki hüququnun təmin edilməsini bir daha şəksiz təsdiqlədi.

Sizə möhkəm cansağlığı, Azərbaycan xalqının rifahı və firavanlığı naminə ali dövləti vəzifənizdə yeni uğurlar arzulayırıq".

XXX

Rusiya Rəssamlıq Akademiyasının vitse-prezidenti, SSRİ Xalq Rəssamı Tahir Salahovdan:

"İcazə verin, Sizi - Azərbaycan xalqının hamı tərəfindən qəbul olunmuş liderini dövlətimizin ali rəhbəri vəzifəsinə üçüncü müddətə seçilməyiniz münasibətilə təbrik edim. Bu hadisə Azərbaycan vətəndaşlarının gözündə Sizin şəksiz nüfuzunuzu bir daha təsdiq etmişdir. Siz böyük atanızın işinin layiqli davamçısısınız. Sizin dövrünüzdə ölkə yeni tarixi görkəm alır, iqtisadiyyat və mədəniyyət yenilənir və inkişaf edir, insanların rifahı artır. Biz Sizin siyasi zəkanıza, istedadınıza, müdrikliyinizə və Azərbaycan xalqının ənənələrinə sadiqliyinizə inanırıq.

Gözəl Vətənimizə məsul və nəcib xidmətdə Sizə səmimi qəlbdən yeni uğurlar və nailiyyətlər arzulayıram".

XXX

Panama Respublikasının Prezidenti Rikardo Martinelli Berrokaldan:

"Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətlə Zati-alilərinizə Panama xalqı, Panama Respublikası Hökuməti adından və şəxsə öz adımdan ən səmimi təbriklərimi çatdırıram.

Bu münasibətlə, Panama Respublikasını və Azərbaycan Respublikasını bir-birinə bağlayan yaxın dostluq və əməkdaşlıq əlaqələrini, ölkənizin rifahı və firavanlığı naminə, cənab Prezident, ən xoş arzularımı ifadə etməkdən məmnunluq duyuram.

Cənab Prezident, Sizə səmimi təbriklərimi çatdırır, yüksək ehtiramımı və hörmətimi qəbul etməyinizi xahiş edirəm".

XXX

Mərmərə Qrupu Vəqfinin sədri Akkan Suverdən:

"Oktyabrın 9-da Azərbaycanda keçirilən seçkilərdə əksini tapan milli iradə Zati-alilərinizi yenidən ali vəzifəyə gətirərək inkişafın, rifahın, sabitliyin tərəfində olduğunu göstərmişdir.

Zati-alilərinizi təbrik edirəm.

On ildə yeni, müasir, modern və demokratik bir Azərbaycan yaratdınız. Mərhum Heydər Əliyevdən təhvil aldığınız bayrağı məsuliyyətlə daha yüksəklərdə dalğalandırırsınız. Zati-alilərinizə Mərmərə Qrupu Vəqfi olaraq təbriklərimizi çatdırırıq.

Sonsuz ehtiramımızı və təbriklərimizi qəbul edin".

XXX

Avrasiya Qiymətləndiricilər Birlikləri Şurasının baş direktoru Nikolay Trifonovdan:

"Avrasiya Qiymətləndiricilər Birlikləri Şurası adından və şəxsən öz adımdan Sizi yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə təbrik edirəm. Sizə möhkəm cansağlığı, Azərbaycanın tərəqqisi naminə fəaliyyətinizdə uğurlar arzulayıram.

Beynəlxalq qiymətləndiricilər birliyi böyük məmnunluq hissi ilə təsdiq edir ki, atanız Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi illərdə əldə olunmuş sosial-iqtisadi uğurlar dinamik inkişaf edir və artır.

Möhtərəm İlham Heydər oğlu, Sizi bir daha təbrik edirəm və Azərbaycan xalqının rifahı naminə əzmkar fəaliyyətinizdə Sizə yeni uğurlar diləyirəm".

XXX

ABŞ Konqresinin üzvü Robert B.Aderholtdan:

"Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi təbrik edirəm. Son onilliklər ərzində ölkələrimiz arasında ümumi məqsədlər və maraqlara əsaslanan əməkdaşlıq şübhəsiz ki, dinamik surətlə inkişaf etmişdir. ABŞ-a Əfqanıstan, İraq və Kosovoda sülhyaratma əməliyyatlarında dəstək verdiyinizə görə təşəkkür edirəm.

Əminəm ki, gələcəkdə də ölkələrimiz və xalqlarımız arasında uzunmüddətli dostluq əlaqələrinin inkişaf etdirilməsi üçün birgə səy göstərəcəyik. Bir sıra qlobal çətinliklərlə üz-üzə gəlməyimizə baxmayaraq, ümidvaram ki, biz ölkələrimiz arasında və dünyada ədaləti, qanunun aliliyini və iqtisadi inkişafı təşviq etmək üçün əməkdaşlıq edəcəyik.

ABŞ Konqresi nümayəndə heyətinin tərkibində Sizinlə iyul ayında görüşmək çox qürurverici və böyük şərəf idi. Bakıda və ya Vaşinqtonda yenidən Sizinlə görüşməyə ümid edirəm. Sizə və Azərbaycan xalqına uğurlar arzulayıram. Əminəm ki, Siz Azərbaycanı daha da irəliyə aparacaqsınız".

XXX

Rusiya Tibb Elmləri Akademiyasının N.N.Bloxin adına Rusiya Onkoloji Elmi Mərkəzi Federal Dövlət Büdcə İdarəsinin direktoru, Rusiya Elmlər Akademiyasının və Rusiya Tibb Elmləri Akademiyasının akademiki, professor, tibb elmləri doktoru Mixail Davıdovdan:

"Sizi Azərbaycan Respublikasının Prezidenti seçkilərində inamlı qələbəniz münasibətilə ürəkdən təbrik edirəm. Əminəm ki, Sizin müdrik rəhbərliyinizlə Azərbaycan bundan sonra da sürətlə inkişaf edəcək və vətəndaşların rifahı yüksələcək, azərbaycanlı həmkarlarımızla tarixi əlaqələrimiz isə möhkəmlənəcək və qarşılıqlı inteqrasiyanın inkişafında yeni mərhələ açacaqdır. Sizə və yaxınlarınıza səmimi qəlbdən möhkəm cansağlığı və firavanlıq, ali dövləti vəzifənizdə uğurlar, müstəqil Azərbaycan Respublikasına və xalqına çiçəklənmə arzulayıram".

XXX

Rusiya Neft-Qaz Sənayeçiləri İttifaqı Şurasının sədri Yuri Şafranikdən:

"Azərbaycan Respublikası Prezidenti seçkilərində inamlı qələbəniz münasibətilə ən səmimi və hərarətli təbriklərimi qəbul edin.

Sizin yüksək peşəkar və insani keyfiyyətlərinizə, xarakterinizə, rəhbər, siyasətçi və dövlət xadimi istedadınıza yaxşı bələd olduğumdan, əminəm ki, bu, Azərbaycan xalqının qanunauyğun seçimidir.

XXI əsrdə - yeni dövlətçiliyin formalaşması dövründə Azərbaycan Respublikasının seçdiyi yol Azərbaycan xalqının çox zəngin tarixinə, ölkənin siyasətində və iqtisadiyyatında varisliyə əsaslanan yeganə düzgün yoldur. Azərbaycanın bu yolda qazandığı sanballı uğurlar dünyada tanınmışdır və bunlar, cənab Prezident, sözsüz ki, Sizin ardıcıl, məqsədyönlü fəaliyyətinizlə bağlıdır.

Sizə səmimi qəlbdən möhkəm cansağlığı arzulayır, Azərbaycan xalqının rifahı, ölkənizin inkişafı və firavanlığı naminə möhtəşəm planlarınızın həyata keçirilməsi üçün tükənməz qüvvə və enerji diləyirəm.

Sizə və yaxınlarınıza ən xoş arzularımı bildirirəm".

XXX

Dünya Səhiyyə Təşkilatının Avropa üzrə Regional Ofisinin direktoru Jujanna Cakabdan:

"Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi Dünya Səhiyyə Təşkilatının Avropa üzrə Regional Ofisinin işçi heyəti adından və öz adımdan səmimi qəlbdən təbrik edirəm.

Biz Azərbaycanın səhiyyə sisteminin inkişafına göstərdiyiniz səylərinizi yüksək qiymətləndiririk. Bu səylər Azərbaycan Respublikasının ötən illərdə nəzərəçarpacaq nailiyyətlər əldə etməsi ilə nəticələnmişdir. Bu nailiyyətlər, eyni zamanda, birinci xanım Mehriban Əliyevanın uşaq sağlamlığı məsələsini ön plana çəkməsi və dəstəkləməsinə görə, İhsan Doğramacı Ailə Sağlamlığı Fondunun mükafatına layiq görülməsində bir daha açıq şəkildə özünü göstərmişdir.

Azərbaycan Dünya Səhiyyə Təşkilatı İdarə Heyətinin fəal üzvüdür. Siz 2011-ci ildə Dünya Səhiyyə Təşkilatı Avropa Regional Komitəsinin Bakıda keçirilən 62-ci sessiyasında bizə və qurumun Avropa regionu üzrə 53 üzv dövlətinin nümayəndələrinə yüksək qonaqpərvərlik nümayiş etdirdiniz. Sessiyanı rəsmən açıq elan etdiyiniz zaman Sizinlə şəxsən görüşməkdən şərəf hissi duydum.

Zati-aliləri, mən əminəm ki, Azərbaycan ilə Dünya Səhiyyə Təşkilatı arasında mövcud olan gözəl əməkdaşlıq növbəti illərdə də davam edəcəkdir. Biz inanırıq ki, yeni prezidentlik dövrünüzdə də Siz ölkənizin əhalisinin səhiyyə məsələsini ön plana çəkəcək və gücləndirəcəksiniz. Biz də bu təşəbbüsün həyata keçirilməsində Sizə dəstək göstərməyə hazır olacağıq.

Ən xoş arzularla və əminliklə bildirmək istərdim ki, Dünya Səhiyyə Təşkilatı Sizin ölkənizə müvafiq sahələr üzrə hər cür dəstək göstərməyə hazırdır.

Zati-aliləri, cənab Prezident, bir daha Sizə ən yüksək hörmətimi və dərin ehtiramımı ifadə edirəm".

XXX

Rusiya Federasiyası Prezidenti Administrasiyası rəhbərinin müavini Maqomedsalam Maqomedovdan:

"Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə səmimi təbriklərimi qəbul edin. Prezident seçkilərində inamlı qələbəniz Azərbaycan xalqının Sizə milli lider kimi münasibətinin təsdiqidir. Sizi mehriban qonşuluq və qarşılıqlı hörmət ənənələrinə əsaslanan dövlətlərarası dostluq münasibətlərinin ardıcıl tərəfdarı kimi tanıdığımdan xalqlarımız arasında etimad və qarşılıqlı anlaşma ruhunun möhkəmlənməsi işinə qiymətli şəxsi töhfənizi qeyd etmək istərdim.

Sizə səmimi qəlbdən möhkəm cansağlığı və ali dövləti fəaliyyətinizdə yeni uğurlar, dost Azərbaycan xalqına isə firavanlıq və tərəqqi arzulayıram".

XXX

Kolumbiya Respublikası Senatının sədri Xuan Fernardo Kristodan:

"Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi Kolumbiya Respublikasının Konqresi adından səmimi qəlbdən təbrik etməkdən şərəf duyuruq.

Əminik ki, ölkələrimiz arasında ikitərəfli əməkdaşlıq və dostluq əlaqələri Prezidentliyinizin yeni dövründə daha da dərinləşəcək və müştərək uğurlarımız artacaqdır.

Aramızda olan dostluq münasibətlərindən istifadə edərək bir daha Sizə işlərinizdə uğurlar, möhkəm cansağlığı, firavanlıq və xalqınıza sülh arzulayırıq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti