...

Mixail Saakaşvili əhalini seçkilərdə aktiv olmağa çağırdı

Siyasət Materials 27 Oktyabr 2013 16:18 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 27 oktyabr /Trend, müxbir N. Kirtsxaliya/

Gürcüstan prezidenti Mixail Saakaşvili əhalini seçkilərdə aktiv olmağa çağırdı. Trend-in məlumatına görə, Sameqreloda olan prezident jurnalistlərlə müsahibəsində belə bir çağırış edib.

Saakaşvili deyib ki, o, buradan səsvermək üçün Tbilisiyə gedəcək.

"İnsanlar bilməlidirlər ki, hər bir səsin əhəmiyyəti var. Bu, mübarizədir. Hər bir bugünkü səs gələcəkdə fərqli nəticələr vəd edir. Ona görə də, indi evdə oturmaq olmaz. Son dövrlərdə düzgün tendensiya gedib. Yenə vaxt tələb olunur. Lakin bugünkü aktivlik gələcək hadisələrdən daha çox asılı olacaq. Mən indi seçkilərə tələsirəm və hələ də səsini verməmiş insanlardan xahiş edirəm və məsləhət görürəm ki, seçki məntəqələrinə getsinlər" - deyə prezident əlavə edib.

Xəbər lenti

Xəbər lenti