...

Suriyada "Müsəlman qardaşları" partiyasının liderlərindən biri xristian olacaq

Siyasət Materials 9 Noyabr 2013 08:24 (UTC +04:00)

Azərbaycan, Bakı, 9 noyabr /Trend/

Suriyanın beynəlxalq "Müsəlman qardaşları" təşkilatının özəyi çərşənbə axşamı noyabrın 12-də öz bayrağı altında siyasi partiyanın yaradılması haqqında bəyanat verəcək. Partiya sədrinin müavini xristian keşişi olacaq. Trend RİA Novosti agentliyinə istinadən, bu barədə "Əl-Arabiyya" telekanalının rəsmi saytı xəbər verir.

Suriyada "Müsəlman qardaşları"nın lideri Əli Bəyyanuninin (Ali Bayanouni) bildirdiyinə görə, partiya milli konstitusiya və azadlıq Partiyası, və ya "Vaad" adlanacaq. Gözlənilir ki, partiyanın üçdə biri "Qardaşların" nümayəndələrindən, daha üçdə biri digər islamçı hərəkatların tərəfdarlarından, qalan hissəsini isə liberal və millətçi siyasətçilərdən formalaşacaq.

"Vaad" partiyasına Böyük Britaniyada təhsil almış Məhəmməd Valid (Mohammad Walid) rəhbərlik edəcək, onun müavini isə hələki adı açıqlanmayan xristian keşişi olacaq.

Bəyyanuninin sözlərinə görə, yeni partiya Suriya xalqının "bərabərlik, ədalət, ləyaqət və azadlığı" uğrunda mübarizə aparacaq, həmçinin ölkədə islam təhsili modeli ilə yanaşı demokratiya mexanizmlərinin bərqərar olmasına çalışacaq.

"Partiya liderləri xalqımız üçün demokratiya və azadlıq prinsiplərinə riayət etmək razılığına gəliblər", - Suriyadakı "Müsəlman qardaşları"nın lideri bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti