...

İran BAEA-ya iki nüvə obyektində monitorinq aparmasına icazə verib

Siyasət Materials 11 Noyabr 2013 15:41 (UTC +04:00)
İran Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) ekspertlərinə ölkənin Əraq şəhərində reaktorun və "Geçin" uran mədənində monitorinq aparılmasına icazə verib.
İran BAEA-ya iki nüvə obyektində monitorinq aparmasına icazə verib

Azərbaycan, Bakı, 11 noyabr /Trend, müxbirlər A.Bədəlova, T.Cəfərov/

İran Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) ekspertlərinə ölkənin Əraq şəhərində reaktorun və "Geçin" uran mədənində monitorinq aparılmasına icazə verib. Trend-in məlumatınma görə, bu barədə İSNA agentliyi İranın Atom Enerjisi Təşkilatının rəhbəri Əli Əkbər Salehiyə istinadən xəbər verib.

Ekspertlərə icazə İran və BAEA-nın 6 paraqraflıq birgə bəyanatına əsasən verilib.

Məlumata görə, birgə bəyanat gələcək əməkdaşlıq və həlledilməmiş məsələlərin tənzimlənməsi üçün "yol xəritəsi" olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti