...

Həsən Ruhani: Su çatışmazlığı İranın ən əsas problemlərindən biridir

Siyasət Materials 19 Noyabr 2013 13:47 (UTC +04:00)
Su çatışmazlığı və yeraltı suların qeyri-müntəzəm şəkildə istifadə edilməsi İran administrasiyasının ən əsas problemlərindən biridir.
Həsən Ruhani: Su çatışmazlığı İranın ən əsas problemlərindən biridir

Azərbaycan, Bakı, 19 noyabr /Trend, müxbir E.Tariverdiyeva/

Su çatışmazlığı və yeraltı suların qeyri-müntəzəm şəkildə istifadə edilməsi İran administrasiyasının ən əsas problemlərindən biridir. Trend-in çərşənbə axşamı IRIB agentliyinə istinadən veridiyi məlumata görə, bunu İran Prezidenti Həsən Ruhani deyib.

Məlumata görə, H.Ruhani İranda Sülh və inkişaf naminə ümumdünya elm günü münasibətilə keçirilmiş konfransın iştirakçılarına ünvanladığı müraciətində bildirib ki, ölkədə 300-ə yaxın düzənlik ciddi su çatışmazlığına məruz qaldığına görə kritik vəziyyətdədir.

O əlavə edib ki, Urmiya gölü və ölkənin bir sıra su-bataqlıq resursları hazırda tükənib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti