Gürcüstan, Tbilisi, 5 dekabr /Trend, müxbir N.Kirsxaliya/
Gürcüstanın Baş naziri İrakli Qaribaşvili Azərbaycanın bu ölkədəki səfri Azər Hüseyni qəbul edib. Bu barədə Trend-ə Baş nazirin mətbuat xidmətindən məlumat veriblər.
A.Hüseyn İ.Qaribaşvilini Baş nazir seçilməsi münasibətilə təbrik edib və fəaliyyətində uğurlar arzulayıb.
Görüş zamanı tərəflər ikitərəfli əlaqələri, çoxtərəfli formatda münasibətləri və əməkdaşlığın dərinləşdirilməsi məsələlərini müzakirə ediblər.