...

Mursinin yanına heç kim buraxılmayacaq

Siyasət Materials 7 Dekabr 2013 02:39 (UTC +04:00)

Azərbaycan, Bakı, 7 dekabr /Trend/

Misirin xarici işlər naziri bəyan edib ki, təhlükəsizlik məsələsi nəzərə alınaraq, həbsdə olan sabiq Prezident Məhəmməd Mursinin yanına bundan sonra heç kim buraxılmayacaq.

Trendin BBC-yə istinadən verdiyi məlumata görə, devrilmiş dövlət başçısının vəkili və oğluna onunla görüşə icazə verilməyib. Oğlu güman edir ki, Mursini İsgəndəriyyədəki həbsxanadan digər dustaqxanaya aparıblar.

Qeyd edək ki, Misirin sabiq Prezidenti nümayişçilərə qarşı cinayətə təşviq etməkdə ittiham olunur. Bu iş üzrə məhkəmənin növbəti iclası 2014-cü il yanvarın 8-də keçirilməlidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti