...

Gürcüstanın daxili işlər naziri Azərbaycan səfiri ilə görüşüb

Siyasət Materials 9 Dekabr 2013 20:14 (UTC +04:00)
Gürcüstanın daxili işlər naziri Aleksandr Çikaidze Azərbaycanın bu ölkədəki səfiri Azər Hüseynlə görüşüb.
Gürcüstanın daxili işlər naziri Azərbaycan səfiri ilə görüşüb

Gürcüstan, Tbilisi, 9 dekabr /Trend, müxbir N.Kirsxaliya/

Gürcüstanın daxili işlər naziri Aleksandr Çikaidze Azərbaycanın bu ölkədəki səfiri Azər Hüseynlə görüşüb.

Səfir A.Çikaidzeni daxili işlər naziri vəzifəsinə təyin edilməsi münasibətilə təbrik edib və Gürcüstan Daxili İşlər Nazirliyi (DİN) ilə mövcud səmərəli əməkdaşlığı vurğulayıb.

Gürcüstan DİN-dən Trend-ə verilən məlumata görə, tərəflər əməkdaşlığın əsas istiqamətlərini və gələcək planları müzakirə ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti