...

SSRİ arxivləri: "Atatürk artıq siyasi səhnəyə qayıtmayacaq..."

Siyasət Materials 8 Yanvar 2014 04:19 (UTC +04:00)
Keçmiş Sovet İttifaqının arxivlərində Türkiyə ilə bağlı yeni sənədlər üzə çıxıb.
SSRİ arxivləri: "Atatürk artıq siyasi səhnəyə qayıtmayacaq..."

Azərbaycan, Bakı, 8 yanvar /Trend/

Keçmiş Sovet İttifaqının arxivlərində Türkiyə ilə bağlı yeni sənədlər üzə çıxıb. Bu barədə Trend "Zaman" qəzetinə istinadən məlumat verir.

Belə ki, 1938-ci ildə keçmiş SSRİ-nin Türkiyədəki səfiri Aleksey Terentyev Moskvaya teleqram ünvanlayaraq Mustafa Kamal Atatürkün ağır xəstə olduğunu və almanların Türkiyədə fəaliyyətlərini artırdığını bildirib.

SSRİ Xarici İşlər Nazirliyinin 1990-cı ildə yaydığı arxiv məlumatlarına görə, A.Terentyev 17 noyabr 1938-ci ildə Moskvaya nazirliyə göndərdiyi teleqramda qeyd edib: "Atatürkün səhhəti o qədər pisdir ki, həm Ankara, həm də İstanbulda hökumət və işgüzar dairələr artıq onun (red. - Atatürk) bu vəziyyətini qəbul ediblər. Həkimlərə görə, ürəkgetmə ilə nəticələnən mütəmadi ağır sancılar Atatürkü həyatının sonuna qədər yataq xəstəsi edib. Heç şübhəsiz ki, Atatürk artıq siyasi səhnəyə qayıtmayacaq".

Sovet səfiri bildirib ki, Avropada o dövrdə yaşananlar Türkiyənin hökumət və işgüzar dairələrində ölkənin taleyi ilə əlaqədar təşvişə səbəb olub: "Atatürkün səhhətinin ümidsiz olduğunu anlayan almanlar hərbi sahə başda olmaqla Türkiyədə fəaliyyətlərini artırır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti