...

NATO-nun baş katibi: "Sülh naminə tərəfdaşlıq" proqramı Avro-Atlantik məkanda sülhə və sabitliyə öz töhfəsini verib

Siyasət Materials 11 Yanvar 2014 14:38 (UTC +04:00)
"Sülh naminə tərəfdaşlıq" proqramı Avro-Atlantik məkanda sülhə və sabitliyə öz töhfəsini verib. Trend-in NATO rəsmi saytına istinadən verdiyi məlumata görə, bunu NATO-nun baş katibi Anders Foq Rasmussen proqramın 20-ci ildönümü münasibətilə bağlı bəyanatında bildirib.
NATO-nun baş katibi: "Sülh naminə tərəfdaşlıq" proqramı Avro-Atlantik məkanda sülhə və sabitliyə öz töhfəsini verib

Azərbaycan, Bakı, 11 yanvar /Trend, müxbir S.Əhmədova/

"Sülh naminə tərəfdaşlıq" proqramı Avro-Atlantik məkanda sülhə və sabitliyə öz töhfəsini verib. Trend-in NATO rəsmi saytına istinadən verdiyi məlumata görə, bunu NATO-nun baş katibi Anders Foq Rasmussen proqramın 20-ci ildönümü münasibətilə bağlı bəyanatında bildirib.

Baş katib qeyd edib ki, "Sülh naminə tərəfdaşlıq" proqramı Avro-Atlantik məkanda sülh və sabitliyə öz töhfəsini verməklə yanaşı, NATO-nun artan tərəfdaşlıq şəbəkəsinin bundan sonra da inkişafına kömək edəcək.

NATO rəsmisi bildirib: "Tərəfdaşlar bizim əməliyyatlara qoşularaq, NATO müttəfiqlərinin Avro-Atlantik məkanda və ondan kənarda təhlükəsizliyinin təmin olunması istiqamətində birgə çalışır. Bizim müttəfiq və tərəfdaşlarımız hər il islahatların təşviqi, imkanların artırılması və ümumi təhlükəsizlik çağırışları üzərində birgə işləmək imkanlarımızı inkişaf etdirmək üçün təlimlərdə iştirak edirlər".

Qeyd edək ki, Azərbaycan "Sülh naminə tərəfdaşlıq" proqramı çərçivəsində NATO ilə genişmiqyaslı əməkdaşlıq edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti