...

Bakıda AŞ-nin mədəniyyətlərarası dialoqun dini ölçüsünə dair fikir mübadiləsi keçiriləcək

Siyasət Materials 7 Fevral 2014 10:37 (UTC +04:00)
Avropa Şurasının (AŞ) Nazirlər Komitəsinin nazir müavinlərinin iclasında AŞ-nin mədəniyyətlərarası dialoqun dini ölçüsünə dair fikir mübadiləsinin Azərbaycanda keçirilməsinə qərar verilib.
Bakıda AŞ-nin mədəniyyətlərarası dialoqun dini ölçüsünə dair fikir mübadiləsi keçiriləcək

Azərbaycan, Bakı, 7 fevral /Trend, müxbir S.Əhmədova/

Avropa Şurasının (AŞ) Nazirlər Komitəsinin nazir müavinlərinin iclasında AŞ-nin mədəniyyətlərarası dialoqun dini ölçüsünə dair fikir mübadiləsinin Azərbaycanda keçirilməsinə qərar verilib.

Trend-in AŞ-nin saytına istinadən verdiyi məlumata görə, qərara əsasən, tədbir sentyabrın 1-2-də Azərbaycanın paytaxtı Bakı şəhərində baş tutacaq.

Nazirlər Komitəsi mədəniyyətlərarası dialoqun dini ölçüsünə dair fikir mübadiləsini 2008-ci ildən etibarən hər il təşkil edir.

AŞ-nin Nazirlər Komitəsinin bu kimi mübadilələr həyata keçirilməsində məqsədi AŞ-nın fundamental dəyərləri - insan hüquqlarına hörmət, demokratiya və qanunun aliliyinin qorunmasına dəstək, qarşılıqı hörmət, Avropa cəmiyyətində tolerantlıq və qarşılıqlı anlaşmanın möhkəmləndirilməsi və təşviqidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti