...

Elmar Məmmədyarov İraqda səfərdədir

Siyasət Materials 10 Fevral 2014 17:46 (UTC +04:00)
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov fevralın 10-u səhər saatlarında Bağdada gəlib.
Elmar Məmmədyarov İraqda səfərdədir

Azərbaycan, Bakı, 10 fevral /Trend, müxbir E.Tariverdiyeva/

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov fevralın 10-u səhər saatlarında Bağdada gəlib. Bu barədə Trend İraq Xarici İşlər Nazirliyinin rəsmi saytına istinadən məlumat verir.

İraqın xarici işlər naziri Huşyar Zibari azərbaycanlı həmkarını və onu müşayiət edən nümayəndə heyətini Bağdadın beynəlxalq aeroportunda qarşılayıb.

E.Məmmədyarovun İraq hökumətinin yüksək vəzifəli rəsmiləri ilə keçirdiyi görüşlər zamanı iki ölkə arasında əlaqələrin möhkəmləndirilməsi məsələləri müzakirə olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti