...

2013-cü ildə 121,2 milyon manat dəyərində müdafiə təyinatlı məmulat istehsal edilərək sifarişçilərə çatdırılıb

Siyasət Materials 5 Mart 2014 12:09 (UTC +04:00)
2013-cü ildə Müdafiə Sənayesi Nazirliyi (MSN) tərəfindən 121,2 milyon manat dəyərində müdafiə təyinatlı məmulat istehsal edilərək sifarişçilərə çatdırılıb.
2013-cü ildə 121,2 milyon manat dəyərində müdafiə təyinatlı məmulat istehsal edilərək sifarişçilərə çatdırılıb

Azərbaycan, Bakı, 5 mart /Trend, müxbir İ.İzzət/

2013-cü ildə Müdafiə Sənayesi Nazirliyi (MSN) tərəfindən 121,2 milyon manat dəyərində müdafiə təyinatlı məmulat istehsal edilərək sifarişçilərə çatdırılıb. Bununla yanaşı, müdafiə təyinatlı məmulatların və əmlakın təmiri üzrə 1 milyon 179,9 min manatlıq, utilizasiyası üzrə 315,7 min manatlıq iş yerinə yetirilib. Trend-in məlumatına görə, bu barədə Nazirlər Kabinetinin 2013-cü ildəki fəaliyyətinə dair hesabatında bildirilib.

Məlumata görə, ötən il Azərbaycan müdafiə sənayesi tərəfindən 96 milyon manat məbləğində məhsul ixrac olunub.

Hazırda istehsalı mənimsənilmiş müdafiə təyinatlı məmulatların çeşidlərinin sayı 900-ü ötüb.

Nazirlik tərəfindən 2014-cü ildə müxtəlif çaplı minaatanlar, snayper tüfəngləri, zirehli transportyorlar üçün tırtıllar, prizmatik binokllar, snayper tüfəngi üçün optik nişangahlar, minaatanlar üçün müxtəlif atəş yığımları, dəzgahlı avtomatik qumbaraatanlar üçün təlim və döyüş atəş yığımları, 2.5 metr dərinlikdə metal axtarmaq və seçmək qabiliyyətli minaaxtaran, patrul maşınları istehsalı nəzərdə tutulur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti