...

Türkiyə Prezidenti özəl hazırlıq kurslarının bağlanması haqqında qanunu təsdiqləyib

Siyasət Materials 13 Mart 2014 10:04 (UTC +04:00)
Türkiyə Prezidenti Abdullah Gül ölkədə ali məktəblərə daxil olmaq üçün özəl hazırlıq kurslarının bağlanması haqqında qanunu təsdiqləyib.
Türkiyə Prezidenti özəl hazırlıq kurslarının bağlanması haqqında qanunu təsdiqləyib

Azərbaycan, Bakı, 13 mart /Trend, müxbur R.Hafizoğlu/

Türkiyə Prezidenti Abdullah Gül ölkədə ali məktəblərə daxil olmaq üçün özəl hazırlıq kurslarının bağlanması haqqında qanunu təsdiqləyib. Trend-in məlumatına görə, bu barədə cümə axşamı "Anadolu" agentliyi xəbər yayıb.

Martın 1-də Türkiyə parlamenti özəl hazırlıq kurslarının bağlanması haqqında qanun qəbul edib. Qanuna əsasən, 2015-ci il sentyabrın 1-dən Türkiyədə bütün özəl hazırlıq kursları bağlanacaq.

Qanun layihəsi ölkə parlamentinə bu il fevralın 7-də təqdim edilib.

Bir müddət əvvəl Baş nazir Rəcəb Tayyib Ərdoğan özəl təhsil müəssisələrinin bağlanması haqqında bəyanatla çıxış etmişdi.

Ölkənin Təhsil Nazirliyinin məlumatına görə, 2013-cü ildə il ərzində Türkiyədə 3 640 özəl təhsil müəssisəsi fəaliyyət göstərib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti