...

Rusiya ABŞ-a qarşı iddia qaldıra bilər

Siyasət Materials 16 Aprel 2014 17:33 (UTC +04:00)
Rusiya ölkə banklarına sanksiyalar tətbiq etdiyi üçün ABŞ-a qarşı Ümumdünya Ticarət Təşkilatında (ÜTT) iddia qaldırılması imkanını öyrənir.
Rusiya ABŞ-a qarşı iddia qaldıra bilər

Azərbaycan, Bakı, 16 aprel /Trend/

Rusiya ölkə banklarına sanksiyalar tətbiq etdiyi üçün ABŞ-a qarşı Ümumdünya Ticarət Təşkilatında (ÜTT) iddia qaldırılması imkanını öyrənir. Trend-in İTAR-TASS-a istinadən verdiyi məlumata görə, bu barədə iqtisadi inkişaf naziri Aleksey Ulyukayev Dövlət Dumasında bildirib.

O, qeyd edib: "ÜTT bizə əlavə imkanlar verir ki, indi biz Cenevrədə Ümumdünya Ticarət Təşkilatının sammitində onların Rusiya banklarına tətbiq etdikləri sanksiyalara görə ABŞ-a qarşı iddia qaldırılması imkanlarını müzakirə edək".

Krımın Rusiyaya birləşdirilməsindən sonra ABŞ və Aİ RF-yə qarşı bir sıra fərdi sanksiyalar tətbiq ediblər. Rusiyalı məmurlarla yanaşı, sanksiyalar siyahısına iş adamı Yuri Kovalçuk, eləcə də onun şəriki olduğu "Rusiya" bankı da düşüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti