...

Abdullah Gül: Azərbaycan, Türkiyə və Gürcüstanın Cənubi Qafqazda sülh və sabitliyə verdiyi töhfə hər kəs tərəfindən təqdir edilir

Siyasət Materials 6 May 2014 13:05 (UTC +04:00)
Türkiyə, Gürcüstan, Azərbaycan arasında çoxsahəli əməkdaşlıq mövcuddur. Trend-in məlumatına görə, bunu Türkiyə Prezidenti Abdullah Gül Tbilisidə Azərbaycan, Türkiyə və Gürcüstan prezidentlərinin iştirakı ilə keçirilən sammitdə bildirib.
Abdullah Gül: Azərbaycan, Türkiyə və Gürcüstanın Cənubi Qafqazda sülh və sabitliyə verdiyi töhfə hər kəs tərəfindən təqdir edilir

Gürcüstan, Tbilisi, 6 may /Trend, müxbir S.Əliyev/

Türkiyə, Gürcüstan, Azərbaycan arasında çoxsahəli əməkdaşlıq mövcuddur. Trend-in məlumatına görə, bunu Türkiyə Prezidenti Abdullah Gül Tbilisidə Azərbaycan, Türkiyə və Gürcüstan prezidentlərinin iştirakı ilə keçirilən sammitdə bildirib.

A.Gül xatırladıb ki, prezidentlər 2007-ci ildə Bakı-Tbilisi-Qars dəmiryol layihəsinin Gürcüstan ərazisindən keçən hissəsinin təməlqoyma mərasimində görüşüblər: "Prezidentlər səviyyəsində keçirilən görüşlərlə yanaşı, XİN rəhbərlərimiz və digər nazirlərimiz də mütəmadi olaraq görüşlər keçirirlər".

Türkiyə Prezidenti əlavə edib ki, bugünkü sammitdə regionun bir çox önəmli layihələri - Bakı-Tbilisi-Qars, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum və TANAP layihələri də müzakirə ediləcək: "Azərbaycan, Gürcüstan və Türkiyə bir çox regional və beynəlxalq layihələr həyata keçirirlər. Hər üç ölkənin Cənubi Qafqazda sülh və sabitliyə verdiyi töhfə hər kəs tərəfindən təqdir edilir. Biz Qafqazın yüksək dağlarını divar olmaqdan cıxartdıq, bir qapı, bir işbirliyi məkanı etdik".

A.Gül üç dövlət arasında bir çox sahələrdə əməkdaşlıq və qardaşlığın nümunəsi olan prezidentlər səviyyəsində görüşlərin bundan sonra da davam etdiriləcəyinə ümidvar olduğunu bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti