Gürcüstan, Tbilisi, 13 may /Trend, müxbir N.Kirsxaliya/
Gürcüstanın daxili işlər naziri Aleksandr Çikaidze bu gün Azərbaycana rəsmi səfərə yola düşüb.
Gürcüstan Daxili İşlər Nazirliyindən (DİN) Trend-ə verilən məlumata görə, nazir səfər zamanı ölkə rəhbərliyi, o cümlədən azərbaycanlı həmkarı, fövqəladə hallar naziri və Dövlət Sərhəd Xidmətinin rəhbəri ilə görüşlər keçirəcək.
Görüşlər zamanı qurumlar arasında əməkdaşlıq məsələləri müzakirə olunacaq, Gürcüstanda son zamanlar DİN-də aparılmış islahatlara toxunulacaq.
DİN rəhbərinin Azərbaycana səfəri mayın 16-da başa çatacaq.