...

AŞ PA-nın Daimi Komitəsinin iclası Bakıda bu ay keçiriləcək

Siyasət Materials 14 May 2014 17:09
Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Daimi Komitəsinin iclası mayın 23-də Bakıda keçiriləcək.
AŞ PA-nın Daimi Komitəsinin iclası Bakıda bu ay keçiriləcək

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 14 may /Trend, müxbir S.Əhmədova/

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Daimi Komitəsinin iclası mayın 23-də Bakıda keçiriləcək.

Trend-in AŞ PA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, iclas Azərbaycanın Avropa Şurası Nazirlər Komitəsinə sədrliyi çərçivəsində baş tutacaq.

AŞ PA prezidenti An Brassör iclası açacaq, Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədov isə iştirakçılar qarşısında çıxış edəcək. Sonra isə parlamentarilərin AŞ Nazirlər Komitəsinə sədrlik edən Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovla fikir mübadiləsi aparacağı gözlənilir.

Müzakirələrdə əsas diqqət Azərbaycanın AŞ Nazirlər Komitəsinə sədrliyi dövründəki prioritetlərinə və Parlament Assambleyasının Nazirlər Komitəsi ilə siyasi dialoqu çərçivəsindəki məsələlərə yönələcək.

Gündəlikdəki digər mövzulara miqrantlar və qaçqınlar arasında AIDS-ə qarşı mübarizə, miqrant uşaqların hüquqları və digər məsələlər daxildir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti