...

Azərbaycanla Gürcüstan arasında sərhəd-keçid məntəqələrindəki vəziyyət müzakirə olunub

Siyasət Materials 15 May 2014 15:20 (UTC +04:00)
Azərbaycanda səfərdə olan Gürcüstanın daxili işlər naziri Aleksandr Çikaidze ilə Dövlət Sərhəd Xidmətinin rəisi - Sərhəd Qoşunlarının Komandanı general-leytenant Elçin Quliyev arasında işçi görüş keçirilib.
Azərbaycanla Gürcüstan arasında sərhəd-keçid məntəqələrindəki vəziyyət müzakirə olunub

Azərbaycan, Bakı, 15 may /Trend, müxbir İ.İzzət/

Azərbaycanda səfərdə olan Gürcüstanın daxili işlər naziri Aleksandr Çikaidze ilə Dövlət Sərhəd Xidmətinin rəisi - Sərhəd Qoşunlarının Komandanı general-leytenant Elçin Quliyev arasında işçi görüş keçirilib.

Dövlət Sərhəd Xidmətinin (DSX) mətbuat mərkəzindən Trend-ə verilən məlumata görə, görüşdə Azərbaycan-Gürcüstan dövlət sərhədində və sərhəd-keçid məntə­qələ­rin­də əməliyyat şəraiti və onun inkişaf tendensiyaları müzakirə olunub, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti və Gürcüstan Daxili İşlər Nazirliyinin Sərhəd Polisi arasında qarşılıqlı faydalı əməkdaşlığın hazırki vəziyyəti və perspektivləri, Avropa İttifaqı, Frontex, GUAM kimi beynəlxalq təşkilatlar çərçivəsində əmək­daş­lı­ğın daha da genişləndirilməsi haqqında fikir mübadiləsi aparılıb.

Müzakirələr zamanı beynəlxalq terrorçuluğa, qeyri-qanuni miqrasiyaya, qaçaq­mal­çılığa və dövlət sərhədindən digər qanunsuz fəaliyyətə qarşı mübarizə sahəsində Azərbaycan və Gürcüstan sərhədçilərinin birgə səyləri yüksək qiymətləndirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti