...

XİN Böyük Britaniyanı Azərbaycanın daxili işlərinə yersiz müdaxilələrdən çəkinməyə çağırır

Siyasət Materials 31 May 2014 14:10 (UTC +04:00)
Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Azərbaycan vətəndaşları Anar Məmmədli, Bəşir Süleymanlı və Elnur Məmmədovun mühakimə olunması ilə bağlı Böyük Britaniyanın Xarici işlər və Birlik məsələləri üzrə Ofisinin 28 may tarixli bəyanatını Azərbaycanın müstəqil məhkəmə instansiyalarının işinə müdaxilə və təzyiq kimi qiymətləndirir və tam şəkildə qəbuledilməz hesab edir.
XİN Böyük Britaniyanı Azərbaycanın daxili işlərinə yersiz müdaxilələrdən çəkinməyə çağırır

Azərbaycan, Bakı, 31 may /Trend/

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Azərbaycan vətəndaşları Anar Məmmədli, Bəşir Süleymanlı və Elnur Məmmədovun mühakimə olunması ilə bağlı Böyük Britaniyanın Xarici işlər və Birlik məsələləri üzrə Ofisinin 28 may tarixli bəyanatını Azərbaycanın müstəqil məhkəmə instansiyalarının işinə müdaxilə və təzyiq kimi qiymətləndirir və tam şəkildə qəbuledilməz hesab edir. Trend-in məlumatına görə, bu barədə Azərbaycan XİN-in mətbuat xidmətinin Böyük Britaniya tərəfinin bəyanatına cavabında deyilir.

Qeyd olunur ki, adları sadalanan şəxslər vergidən yayınma və qanunsuz sahibkarlıq fəaliyyəti kimi qanun pozuntularına görə mühakimə olunublar və bu şəxslərin cinayət əməlləri məhkəmə qaydasında sübuta yetirilib.

XİN-in cavabında bildirilir ki, məhkəmənin qərarının bu şəxslərin siyasi fəaliyyəti ilə heç bir əlaqəsi yoxdur və ümumiyyətlə, Azərbaycanda heç kim siyasi baxışlarına və fəaliyyətinə görə təqib və mühakimə olunmur.

Yuxarıda qeyd edilənlərlə əlaqədar olaraq, Azərbaycan Xarici İşlər Nazirliyi Böyük Britaniyanın Xarici işlər və Birlik məsələləri üzrə Ofisini Azərbaycanın daxili işlərinə son zamanlar müşahidə olunan yersiz müdaxilələrdən çəkinməyə və öz ölkəsinin insan hüquqları məsələlərinə diqqət yetirməyə dəvət edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti